Xəbər Lenti
Dünən, 17:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
18-06-2026, 18:48
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 16:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 14:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 17:48
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
17-06-2026, 15:00
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
17-06-2026, 14:00
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
17-06-2026, 13:59
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
17-06-2026, 13:38
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
17-06-2026, 11:33
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
17-06-2026, 11:24
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
17-06-2026, 11:03
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
28 Yanvar 2023 19:22Cəmiyyət
Daşların sehirli gücü
Daşlar haqqında məlumatlar qədim kitablardan qaynaqlanır. Həmin məlumatlar daha çox inanca əsaslansa da, sonralar onun elmi tərəfləri də araşdırılmağa başlanılıb. O vaxt almazı cəsarət və qorxmazlığın simvolu kimi görsələr də, indi onun ən bərk metalları belə aşılaya bildiyi məlumdur. Əvvəllər kvarsın gizli və sehrli enerjiyə malik olmasına inansalar da, mexaniki güc tətbiq edilərkən onda elektrik gərginliyi yarandığı, kəhrəbada qoruyucu keyfiyyət olduğu üzə çıxdı.
Həmsöhbətimiz Nazir Nağıyev 12 ildir ki, bu sahə ilə maraqlanır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olan gemmoloq hələlik 12 təbii daş əldə edib və onların kimyəvi tərkibi, enerjisi, mistik və müalicəvi xüsusiyyətlərini öyrənir. Gemmoloqun dediyinə görə, daşlar özü də bir neçə yerə bölünür. Kvars, ametist, əqiq mineral, almaz, sapfir, yaqut, aleksandrit və s. müalicəvi daşlar sayılır. Zümrüd, almaz, yaqut, turmalin bəzək əşyaları, nefrit, lapis, oniks və s. əl işləri üçün istifadə olunan daşlardır.
N.Nağıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Belə hesab edilir ki, daşların vibrasiyası insan orqanizminin vibrasiyasına bərabərdir və orqanizmdə energetik axını optimal formada stimullaşdırır. Daşlarla müalicə alternativ təbabətin inkişafında yeni bir sahə sayılır və onu bəzən XXI əsrin təbabəti də hesab edirlər. Qiymətli daşların qan qrupuna uyğun təsnifatına görə, sarımtıl-narıncı rəngdən qırmızı, purpur rəngə qədər olan daşlar I, qırmızı, narıncı, mavi, yaşıl və bənövşəyi rənglərdə olanlar III, mavi və yaşıl rənglərdə olanlar II və IV qan qrupları üçün düşərlidir”.
Onun verdiyi məlumata görə, nefrit daşında yaradılışın işarəsini, mifi görmək olar. Onunla ehtiyatlı olmaq lazımdır, onda keçmişlə gələcəyi qovuşdurmaq gücü var. Gemmoloq deyib: “Hematit qalibiyyət daşıdır, tərkibində dəmirlə zəngindir, onun mistikası həmişə qələbəyə səsləyir. Zümrüd bərəkət, kəhrəba təmizlik daşıdır. Turmalin gərginliyi aradan qaldırır. Opal daşı dəriyə təmas edir, dəri xərçənginə təsir edir əqiq təzyiqi stabilləşdirir, qanaxmanı dayandırır. Alın, gicgah və göz ağrısı zamanı kvarsdan, baş ağrısı zamanı ametistdən, xrizolit və sitrindən istifadə edilir. Nefrit ürək xəstəliyinə xeyirdir, sapfir yaddaşı gücləndirir, düşüncəni dəqiqləşdirir, sinirləri sakitləşdirir. Lakin yaqut və sapfir daşını taxarkən əsəbiləşmək olmaz, çünki əsəbi lap qaldırır. Firuzə daşı on iki xəstəliyin dərmanıdır. Əsasən görmə qabiliyyətinin qorumasında xüsusən xeyirlidir, ondan eynək taxanların istifadə etməsi məsləhətdir. Mədəaltı vəziyə, alındakı ağrılar, epilepsiyaya, dil qatlanmaya qarşı faydalıdır. Bütün daşları suya salıb içmək olar, minerallarla əlaqədə olan distillə olunmamış su çox faydalıdır”.
Həmsöhbətimiz qeyd edib ki, mineral daşlar suyu gec süzsə də, tərkibini tam təmizləyir və başqa heç bir filtrdə ona nail olmaq mümkün deyil. Müxtəlif daşların ayaq altına yığılması, onların üzərində yerimə, əllərin həmin daşlara sürtülməsi, eyni zamanda masaj seansların, məsələn, onurğa və kürək üzərinə daşlar qoyulması birbaşa sinir sisteminə və enerjiyə müsbət təsir göstərir, yorğunluq və yüklənmədən azad edir.
Onun dediyinə görə, akvamarin əsəbləri sakitləşdirir, düşüncənin aydınlaşması və yaradıcılıq qabiliyyətinin üzə çıxmasında böyük rol oynayır. Kvars beyinə xəbərdarlıq edir, neqativ enerjini pozitivə çevirir. Əqiq daşı güc və uğur gətirir, bəd nəzərdən də qoruyur. Mirvari sadəlik və gözəllik nişanəsidir, eyni zamanda müdrikliyin simvolu olaraq da qəbul edilir. Hətta qədim zamanlarda onun ana südünü artırdığına da inanırdılar. Zümrüd bədəni və ruhu təmizləyir, mərhəməti, sevgini, səmimiyyəti və sədaqəti ifadə edir. Çəhrayı kvars sevgi daşıdır, hematit, baş ağrıları və qan azlığının müalicəsi üçün xeyirlidir. Kəhrəba daşı gərginlik və yorğunluğu aradan qaldırır. Firuzə miqren və baş ağrılarına kömək edir.
Söhbətimizin sonunda gemmoloq bir sıra məsləhətlər də verib: “Əsəbi xəstəliyi olanlar əqiq və ya zümrüd daşı gəzdirməlidir. Zümrüd yayda taxılmamalıdır, çünki Günəşlə əlaqəyə girəndə rəngi sola bilər. Ona görə də payızda taxmaq daha düzgündü. Çox qəmgin və neqativ fikirli olanların da zümrüd daşı taxması məsləhətdir. Özünə qapananlar yaqut və sapfir taxmalıdır ki, cəmiyyətə qaynayıb qarışsınlar. Əsəbi vaxtda almaz daşı ilə gəzmək olmaz, o əsəbin daha güclənməsinə səbəb olur. Nefrit taxan yalan danışmamalıdır. Cəsarətsiz olanlar qara almaz, şələ daşı taxmalıdır. Panik atak zamanı yaqut, yaşıl, sarı və adi sapfir gəzdirmək faydalıdır. Xrizolit, turmalin, opal, gül rəngli kvars sevgi daşlarıdır, qarşılıqlı hissləri ifadə etməyə kömək edir”.