Xəbər Lenti
Dünən, 11:42
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
26-06-2026, 19:30
Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
26-06-2026, 18:30
"Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov: Qalib Ordumuz – Güclü Azərbaycanın qürur salnaməsi
26-06-2026, 18:09
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Şanlı Azərbaycan ordusu – dövlətimizin gücü, xalqımızın qüruru
26-06-2026, 18:00
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
26-06-2026, 15:02
Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
26-06-2026, 12:50
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
26-06-2026, 12:46
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
25-06-2026, 23:19
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
25-06-2026, 23:03
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
25-06-2026, 22:47
Xezertv.info-nun rəhbəri Fərid Faiq oğlu Səfərov: 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, qürur və şərəf bayramıdır
10 Yanvar 2023 07:00Cəmiyyət
Son islahat paketi Azərbaycanda sosial sahənin prioritet olaraq qəbul olunmasının təsdiqidir
Sosial islahatların dördüncü paketinin dünyada baş verən mürəkkəb proseslər - qiymət artımı və iqtisadi çətinliklər fonunda həyata keçirilməsi onun əhəmiyyətindən xəbər verir. 2023-cü ildə həyata keçirilməsi nəzərdə tutulan yeni sosial islahat paketi çərçivəsində sosial ödənişlərdə növbəti addımlar üçün əlavə 750 milyon manatın ayrılması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu yanvarın 5-də Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı şərh edən Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Müsahibimiz qeyd edib ki, minimum əməkhaqqının 300 manatdan 345 manata çatdırılması, minimum pensiyaların 240 manatdan 280 manata qaldırılması ölkə əhalisinin 20 faizə yaxınını, yəni 1 milyon 900 min vətəndaşı əhatə edəcək: “Minimum əməkhaqqının 15 faiz artırılması təkcə minimum əməkhaqqı alanların deyil, dövlət büdcəsindən maliyyələşən qurumlarda maaşları Vahid Taarif Cədvəli ilə hesablanan 19 pilləlik hesablama mexanizmində digər əhali təbəqəsinin də maaşlarının artmasına gətirib çıxaracaq. Minimum pensiyanın artırılması bundan sonra digər təqaüd və müavinətlərin də artırılmasına səbəb olacaq”.
Onun dediyinə görə, əsas diqqətin sosial müdafiə tədbirlərinə yönəldilməsi əhalinin rifahını yüksəltmək məqsədinə xidmət edir: “Yardıma ehtiyacı olanların, minimum əməkhaqlarının, pensiyaların və digər sosial təqaüd və müavinətlərin artırılması büdcənin sosialyönümlü və Azərbaycan hökumətinin daxili siyasətində sosial sahənin prioritet olaraq qəbul olunmasının təsdiqi və bariz nümunəsidir. Beynəlxalq sosial siyasət platformalarında əsas göstəricilərdən biri olan minimum əməkhaqqının son islahat paketindən sonra minimum yaşayış həddini 40 faiz üstələməsi Azərbaycanın bütün dünyaya nümunə ola biləcək uğurlu yeni sosial siyasət modelinin tətbiqinin göstəricisidir. Mahiyyət etibarı ilə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davam etdirilən islahatlar sosial müdafiə sisteminin uğurlu modelini yaratmağa imkan verir. Həmin islahatların ilkin mərhələsi 2 milyona yaxın vətəndaşın sosial rifahına müsbət təsir göstərəcəyi şübhəsizdir”.