Xəbər Lenti
Dünən, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Dünən, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
17-10-2026, 10:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
16-10-2026, 11:48
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
22 Yanvar 2023 14:46Siyasət
Deputat: Avropa Parlamenti ermənilərin maliyyəsi hesabına qərarlar qəbul etməkdən çəkinməlidir
Avropa Parlamentinin yanvarın 18-də Qarabağın dağlıq hissəsi ilə bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüququn norma və prinsiplərinin aşılması, həmçinin suveren Azərbaycan Respublikasının daxili işinə qarışılması kimi xarakterizə oluna bilər. 11 bənddən ibarət bu kağız parçası gülməli olsa da, ermənilərin birtərəfli tələblərini özündə əks etdirməklə bərabər, təkcə Azərbaycanı ittiham edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, Avropa Parlamenti qətnamənin 2-ci bəndində Azərbaycanı 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərinə hörmət etməyə çağırır. Maraqlıdır, niyə bu çağırış Ermənistan üçün səslənmir? Amma Azərbaycan üzərinə düşən bütün öhdəlikləri icra etdiyi halda, bu bəyannamənin 4 bəndi Ermənistan tərəfindən bu gün də icra edilməyib. Belə ki, erməni qanunsuz silahlı birləşmələri bu gün də sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə qalmaqdadır. Eyni zamanda, Azərbaycanın Qarabağ ərazisinə yeni silahlar və qüvvələr də gətirilir. Bu isə heç bir beynəlxalq hüquqa və konvensiyalara uyğun gəlmir və Ermənistanın öhdəliklərinə əməl etmədiyini bir daha sübuta yetirir.
“Qətnamədə Laçın yolunun bağlanmasından danışılırsa, niyə görə 32 il blokadada saxlanılan Naxçıvanın 465 min əhalisinin hüquqlarının təmin olunmasından danışılmır? Həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvana maneəsiz keçidinin təmin edilməsi, eyni zamanda, azərbaycanlı qaçqın və köçkünlərin Qarabağın dağlıq ərazisinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında qaytarılması məsələsi gündəmə gətirilmir? Yəni 32 il öz yurd-yuvalarından ayrı salınmış azərbaycanlıların hüquq və azadlıqlarının bərpası Avropa parlamentində niyə müzakirəyə çıxarılmır? Bütün bu suallar hələ də cavabsız qalır”, - deyə Azər Badamov vurğulayıb.
O bildirib ki, uzun illər həllini gözləyən məsələləri bir kənara qoyaraq Ermənistanın yalanı üzərində qurulmuş bir kağız parçasının qəbul edilməsi Avropa Parlamentinin beynəlxalq hüquq normalarından uzaq olduğunun və erməni lobbisinin maliyyəsi hesabına qərarlar qəbul etməsinin bir sübutudur. Avropa Parlamentinin rəhbər şəxsləri korrupsiya əməllərində dəfələrlə ittiham olunmasına baxmayaraq, bu təcrübə təəssüf ki, bu gün də davam etməkdədir. Ölkəmiz əleyhinə hazırlanmış iftira dolu qətnamə beynəlxalq hüququn bütün normaları aşaraq Laçın yoluna BMT və ATƏT-in missiyasının göndərilməsini tələb edir. Görəsən, bu maddəni qeyd edəndə Azərbaycanın fikrini soruşublarmı? Təəssüf ki, xeyr. Qeyd edə bilərik ki, Avropa Parlamenti özünə bir az da olsa hörmət edirsə, belə ittiham dolu sənədləri ancaq Ermənistana qarşı qəbul etməlidir. Ona görə ki, regionda sülhün yaranmasına mane törədən yeganə tərəf Ermənistandır. Avropa Parlamenti isə qış yuxusundan ayılmalı və ermənilərin maliyyəsi hesabına qərarlar qəbul etməkdən çəkinməlidir.