Xəbər Lenti
30-09-2026, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
30-09-2026, 14:41
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
29-09-2026, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
29-09-2026, 18:13
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
28-09-2026, 13:31
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
17 Yanvar 2023 02:43Siyasət
İspandilli mətbuat Laçın-Xankəndi yolunda ekofəalların etiraz aksiyasından yazıb
İspaniyanın “EFE” xəbər agentliyi, “swissinfo.ch” portalının ispandilli versiyası, həmçinin Argentinanın “infobae” saytında Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində ekofəalların etiraz aksiyası barədə materiallar dərc olunub.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı fəallardan biri Toğrul Allahverdiyev “EFE”yə açıqlamasında bildirib: “Nə soyuq, nə də qar bizi dayandıra bilməz. Lazım gələrsə, biz daha çox burada qalacayıq”.
EFE agentliyi yazır ki, Rusiya sülhməramlı kontingentinin təminat-təchizat, Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobillərinin və Ermənistana ağır xəstələri aparan təcili tibbi yardım maşınlarının aksiya ərazisindən keçidi sərbəstdir.
Toğrul Allahverdiyev vurğulayıb ki, yol Qarabağda yaşayan mülki erməni vətəndaşlar üçün açıqdır, onlara qarşı heç bir etiraz yoxdur.
“Regional inkişaf” İctimai Birliyinin üzvü Sima Məlikova deyib ki, aksiya dinc xarakter daşıyır. Aksiyaçıların tələbləri sadədir. Onlar ölkəmizin təbii resurslarının, “Qızılbulaq” və “Dəmirli” yataqlarının qeyri-qanuni istismarının dayandırılmasını istəyirlər.
Azərbaycan Ekologiya və Təbii Resurslar Nazirliyinin nümayəndəsi Amin Məmmədov isə bildirib ki, Qarabağdakı qızıl, mis və molibden yataqlarının qanunsuz istismarı Qarabağın ekologiyasına ciddi ziyan vurur.
Yazılarda, həmçinin qeyd olunur ki, dekabrın 12–də ekofəallar Rusiya sülhməramlılarının azərbaycanlı mütəxəssisləri həmin ərazidə yerləşən və Ermənistan tərəfindən qanunsuz istismar edilən mədənlərə çatdıra bilməməsi səbəbindən Şuşa şəhərinin ərazisindən keçən Laçın-Xankəndi yolunda dinc aksiyaya başlayıblar. Aksiya təkcə Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı deyil, həm də ətraf mühitə ziyan vurulmasına qarşı yönəlib. Çünki yataqların qanunsuz istismar ekoloji təhlükəsizlik qaydaları nəzərə alınmadan həyata keçirilir.
Məqalələrdə qeyd olunur ki, fəallar Xankəndidən təxminən on kilometr aralıda, Şuşa şəhəri yaxınlığından keçən dəhlizin bir hissəsində düşərgə salıblar. Onlar Azərbaycan bayraqlarını, rus və ingilis dillərində "Ekoloji cinayətlərə son", "Azərbaycan birdir, öz sərvətinə sahibdir!", "Təbiəti qoruyaq, istismarı pisləyək!” şüarları yazılmış plakatlar qaldırırlar.