Xəbər Lenti
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
18-10-2026, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
31 Dekabr 2022 06:31Siyasət
“Excelsior” qəzeti: Meksika şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərinə cəlb oluna bilər
Meksikanın nüfuzlu mətbu orqanlarından olan “Excelsior” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müsahibəsi əsasında “Meksika şirkətləri yenidənqurma işlərinə cəlb oluna bilər” sərlövhəli məqalə dərc olunub.
Səfirlikdən AZƏRTCA-a bildiriblər ki, yazıda 1991-2020-ci illər ərzində Azərbaycan ərazisinin beşdəbirinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyona yaxın insanın məcburi köçkün düşdüyü, 20 minə yaxın azərbaycanlının həlak olduğu, işğal dövründə 927 kitabxana, 464 abidə, 6 teatr olmaqla, həmin ərazilərdəki məscidlərin, muzeylərin və məbədlərin dağıdıldığı, infrastruktura ziyan vurulduğu qeyd edilib.
Məqalədə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini 30 illik erməni işğalından azad etdiyi Vətən müharibəsindən sonra - 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli Bəyanatın imzalandığı, lakin sonuncunun bu Bəyanata zidd olaraq, həmin əraziləri minalamağa davam etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, müharibədən sonra mina partlaması nəticəsində 31 mülki şəxs, o cümlədən iki jurnalist həlak olub. İşğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2700-ə yaxın mina aşkarlanıb.
Yazıda hazırda Azərbaycan Hökumətinin qarşısında duran əsas vəzifənin dağıdılmış ərazilərin, o cümlədən infrastrukturun bərpasından ibarət olduğu, orada “Ağıllı şəhər”lərin, yaşıl enerji sahələrinin salınmasının planlaşdırıldığı, işğaldan azad edilmiş ərazilərdə bu günədək iki beynəlxalq hava limanının tikildiyi, uzunluğu 700 kilometrdən çox olan yolların salındığı, məktəblərin, “Ağıllı kənd”lərin istifadəyə verildiyi, ilk məcburi köçkünlərin öz evlərinə qayıtdığı vurğulanıb, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına İtaliya, Türkiyə, Qazaxıstan, Özbəkistan və İsrail şirkətləri ilə yanaşı, Meksika şirkətlərinin də cəlb edilməsinin mümkünlüyü bildirilib.
Məqalədə, böyük təbii qaz ehtiyatlarına malik Azərbaycanın həm Gürcüstan, həm də Türkiyə ilə müttəfiq, eyni zamanda, Avropa İttifaqı üçün çox vacib tərəfdaş olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, ölkəmizin “regionda davamlı sülhə” nail olmaq səylərinə sadiqliyi ilə, sadəcə, Azərbaycana deyil, eyni zamanda, Ermənistana və region ölkələrinə fayda gətirə biləcək iri iqtisadi layihələrin həyata keçirilməsinin mümkünlüyü qeyd olunub.
Məqalədə, həmçinin Meksika ilə Azərbaycan arasında mövcud iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi və işgüzar əlaqələrin qurulması üçün potensialın olduğu bildirilib, bu xüsusda Ələt Azad İqtisadi Zonasının xarici sahibkarlar, habelə meksikalı iş adamları üçün səmərəli biznes imkanları təqdim etdiyi vurğulanıb.