Xəbər Lenti
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
18-10-2026, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
04 Mart 2023 17:58Siyasət
“The Korea Post” qəzeti Ermənistan-Azərbaycan normallaşma prosesindən yazıb
Cənubi Koreyanın nüfuzlu qəzetlərindən biri olan “The Korea Post” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovun müsahibəsini yayıb.
AZƏRTAC xəbər verir ki, səfir R.Həsənov qəzetin əməkdaşının Azərbaycanın 2022-ci ildə müxtəlif sahələr üzrə inkişafına, cari ildə nəzərdə tutulan tədbirlərə və ölkənin prioritet sahələrinə, Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinə, Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işlərinə, ölkəmizdəki biznes və sərmayə mühitinə, turizm potensialına, habelə Azərbaycan ilə Cənubi Koreya arasında münasibətlərin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair suallarını cavablandırıb.
Diplomat Azərbaycanın sosial-iqtisadi inkişafı, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji, nəqliyyat-logistika və digər sahələrin inkişafı istiqamətində görülən işlər, Ermənistanın 30 illik işğalı dövründə tamamilə dağıdılmış ərazilərdə hazırda həyata keçirilən yenidənqurma layihələri, o cümlədən Zəngəzur dəhlizi üzrə avtomobil və dəmir yolunun, hava limanlarının inşası, Azərbaycanda “Şuşa İli”ndə (2022) keçirilmiş və “Heydər Əliyev İli”ndə (2023) keçirilməsi nəzərdə tutulmuş mühüm tədbirlər, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki artan rolu, beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycanın tranzit imkanları, rəsmi İrəvanın Ermənistan-Azərbaycan normallaşma prosesindəki qeyri-konstruktiv mövqeyi və təxribatçı fəaliyyəti, azad olunmuş ərazilərdə mina problemi barədə danışıb.
İki ölkə arasında ikitərəfli münasibətlərə toxunan səfir Azərbaycanın Cənubi Qafqazda Cənubi Koreyanın ən böyük ticarət tərəfdaşı olduğunu, son illər ticarət dövriyyəsində əhəmiyyətli artımın müşahidə olunduğunu, ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində Cənubi Koreya şirkətlərinin fəaliyyət göstərdiyini deyib, işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq işlərində Koreya şirkətlərinin iştirakının da arzu olunduğunu vurğulayıb.