Xəbər Lenti
Bugün, 19:20
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Bugün, 17:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Dünən, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Dünən, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
Dünən, 13:26
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Dünən, 11:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
21-07-2026, 22:08
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
21-07-2026, 22:05
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
21-07-2026, 21:41
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
21-07-2026, 21:35
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
21-07-2026, 16:52
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
21-07-2026, 13:06
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
21-07-2026, 12:00
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
20-07-2026, 21:50
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
23 Dekabr 2022 12:32Siyasət
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 122-ci kitabı çapdan çıxıb
Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Biz müstəqil olmaq üçün iqtisadi anlamda yatırımlar etmişik. Yoxsa biz özümüzü asılı hiss edərdik.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 122-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı İtaliyaya işgüzar səfəri çərçivəsində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda söyləyib. Bu kitaba Prezident İlham Əliyevin Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılış mərasimində iştirakına, İtaliya Prezidenti Sercio Mattarella, Nazirlər Şurasının sədri Mario Draqi ilə görüşlərinə dair materiallar, İtaliyanın “İl Sole 24 ORE” qəzetinə müsahibəsinin mətni də daxil edilib.
AZƏRTAC xəbər verir ki, çoxcildliyin 122-ci kitabında toplanan materiallar 2022-ci ilin sentyabr-oktyabr aylarını əhatə edir. Yeni nəşrdə Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində keçirdiyi yüksəksəviyyəli görüşlər, iştirak etdiyi tədbirlər haqqında informasiyalar, Şanxay Əməkdaşlıq Təşkilatı Sammitində çıxışının mətni yer alıb. Kitabda Azərbaycan Prezidentinin, həmçinin Bolqarıstana rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərə dair materiallar, Prezident Rumen Radev ilə birgə mətbuata bəyanatının, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışının mətni də verilib.
Prezident İlham Əliyev oktyabr ayında Qırğız Respublikasına dövlət səfəri çərçivəsində Birinci Dövətlərarası Şuranın məhdud və geniş tərkibdə iclaslarında iştirak edib, Prezident Sadır Japarov ilə birgə mətbuata bəyanat verib. Azərbaycan Prezidentinin iştirakı ilə Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksinin və Nizami Gəncəvi adına 103 saylı məktəbin açılışı keçirilib. Bütün bunlar haqqında informasiyalar 122-ci kitabda toplanıb.
Dövlətimizin başçısı xarici səfərləri ilə zəngin olan oktyabr ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə toplantısında iştirak etmək üçün Praqada olub. Prezident İlham Əliyev səfər çərçivəsində görüşlər keçirmək, danışıqlar aparmaq və tədbirlərdə iştirak etməklə yanaşı, Azərbaycan televiziya kanallarına müsahibə də verib. Görüşlər haqqında informasiya və müsahibənin mətni də bu kitaba daxil edilib.
Oxucu yeni kitabda dövlətimizin başçısının sentyabr ayında Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışının mətni, Füzuli rayonuna, Şuşa şəhərinə səfərləri haqqında geniş informasiyalarla tanış ola bilər. Oktyabr ayında isə ölkə rəhbəri Ağdam rayonuna səfər edib. Zəngin proqramı ilə yadda qalan bu səfər zamanı Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub, bir sıra mühüm infrastruktur obyektlərinin təməlini qoyub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılış mərasimində iştirak edib. Həmçinin “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidən qurulmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda nitq söyləyib. Bütün bunlar haqqında informasiyalarla yeni nəşrdə tanış olmaq mümkündür.
Yeni dərs ili ərəfəsində Prezident İlham Əliyevin iştirakı ilə Bakının Suraxanı rayonunda 87 saylı, Binəqədi rayonunda 335 saylı tam orta məktəblərin yeni binalarının, Nəsimi rayonunda 35 saylı tam orta məktəbin yeni korpusunun açılışı olub. Açılış mərasimləri haqqında materiallar bu nəşrdə verilib.
Dövlətimizin başçısının IV Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına məktubunun mətni, Bakı Ekspo Mərkəzində keçirilmiş IV Azərbaycan Beynəlxalq Müdafiə - ADEX və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri ilə tanışlığına dair materiallar da yeni kitaba daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 122-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır