Xəbər Lenti
Dünən, 22:29
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Dünən, 22:17
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmovdan 8 Mart – Beynəlxalq Qadınlar Günü Təbriki
Dünən, 22:13
Azərbaycanın ilk poliqrafçı alimi Şəddad Cəfərovdan 8 Mart – Beynəlxalq Qadınlar Günü Təbriki
Dünən, 21:28
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən Zərniyar Kərimova – 8 Mart münasibətilə təbrik
Dünən, 12:57
Uşaq bağçasında zorakılıq iddiaları – “Kids Era” bağçasında baş verənlər ciddi araşdırılmalıdır
6-03-2026, 20:32
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Hafiz Paşayevi təbrik etdi
6-03-2026, 08:22
Təyyarələr uçmasa da, qiymətlər “uçur” - Yaxın Şərqdən qaçış qiymətləri 350 minə çatır
5-03-2026, 21:38
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub
5-03-2026, 20:02
Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim” “Milano” hospitalda estetik əməliyyat edir?
5-03-2026, 19:26
Abbas Əraqçı Ceyhun Bayramova zəng edib, dron hücumları ilə bağlı araşdırma başladığını bildirib
5-03-2026, 19:24
İmtahanlarda gizli cihazlardan istifadə: Kamran Əsədovun məhkəməsində şahidlər danışdılar
5-03-2026, 18:03
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun bəyanatı
5-03-2026, 17:11
İranın dörd pilotsuz uçuş aparatı hücum aktlarını törədib, biri sıradan çıxarılıb - MN açıqladı
5-03-2026, 16:00
Lerikdə YOL PROBLEMİ: Sakinlərin öz hesablarına tikdikləri KÖRPÜ YARARSIZ HALA DÜŞÜB
5-03-2026, 11:42
Peşəkarlıq və məsuliyyət nümunəsi – Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərova
05 Dekabr 2022 14:41Siyasət
Vahid ordu strategiyası bölgədə sülhün, təhlükəsizliyin əsas təminatçısı kimi - RƏY
Bir millətin iki dövlətinin - Azərbaycan və Türkiyənin vahid ordu və vahid hədəflər strategiyası üzərindən hərbi əməkdaşlığı bölgədə sülhün, təhlükəsizliyin əsas təminatçısıdır. Bu əməkdaşlıq həm də haqqın, ədalətin, insan hüquq və azadlıqlarının, beynəlxalq hüququn norma və prinsiplərinin, bəşəri dəyərlərin keşikçisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.
Siyasi ekspertin sözlərinə görə, humanizm prinsiplərinin qorunması, əzilənlərin, zülmə məruz qalanların yanında, təcavüzkarların, şərin, zülmün qarşısında yer almaq hər iki ölkənin siyasətinin təməl prinsiplərini təşkil edir. Bu xüsusda, bölgədə yeni münaqişə ocaqları yaratmağa, Azərbaycan Ordusunun Zəfəri nəticəsində yaranmış ədalətli düzəni pozmağa cəhd göstərənlər də hər zaman qarşılarında Türkiyə və Azərbaycan ordularının sarsılmaz birliyini, yenilməz gücünü görəcəklər.
E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri hər iki ölkənin vahid strateji hədələrini ifadə etməklə yanaşı, həm də regionda, subregionda təhlükəziliyə təhdid yaratmağa cəhd göstərən, diqqəti öz daxillərindəki fəlakət həddinə çatan problemlərdən yayındırmağa, çürümüş siyasi-ideoloji sistemlərinin ömrünü mümkün qədər uzatmağa çalışan bölgə dövlətlərinə, onların riyakar himayəçilərinə də ciddi mesajdır. 1970-ci illərdən qalma hərbi texnika ilə Azərbaycan sərhədlərinin yaxınlığında burnu ovulmuş təcavüzkara dəstək məqsədilə “əzələ” nümayiş etdirən molla rejiminin təmsilçiləri də bu mesajdan öz paylarını götürməli, “ayaqlarını əbalarının altına” yığmalıdırlar.
Siyasi ekspert Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərının hər iki ölkə üçün strateji əhəmiyyət daşıyan ərazilərdə, o cümlədən İranla sərhəddə keçirilməsinin təsadüfi olmadığını bildirib. Deyib ki, hər iki ölkənin silahlı qüvvələri birgə hərbi təlimlərini bir qayda olaraq Azərbaycana və Türkiyəyə təhdid yarada biləcək istiqamətlərdə həyata keçirir, birgə döyüş qabiliyyətlərini, komanda qərargahları arasındakı əlaqələndirməni gücləndirir, dosta qürur, düşmənə göz dağı verirlər.
“Prezident İlham Əliyev Bakıda "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan və Türkiyə ordularının vahid güc təşkil etdiyini hər kəsin diqqətinə çatdırdı. Dövlətimizin başçısı Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlara mesaj verdi ki, ölkələrimizin ordusu birlikdə hərəkət edir. Harada türk ordusu varsa, demək ki, Azərbaycan Ordusu da ordadır.
Qənaətimə görə, hazırda Azərbaycan və Türkiyənin İran sərhədi boyunca keçirdiyi hərbi təlimlər Müzəffər Ali Baş Komandanımızın ADA Universitetində dilə gətirdiyi fikirlərin təlim meydanındakı inikasıdır. Səbrimizi sınağa çəkənlər yüksək döyüş qabiliyyətinə və ən müasir hərbi texnikaya malik olan Azərbaycan və Türkiyə ordularının hərbi təlimlərinin verdiyi açıq mesajlardan nəticə çıxarsalar, təcavüzkar davranışlarının nə ilə nəticələnəcəyi barədə düşünsələr, bu, ilk növbədə, onların özləri üçün yaxşı olar. Əks təqdirdə, düşünməyə vaxtları da olmayacaq”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin