Xəbər Lenti
1-06-2026, 21:41
Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
1-06-2026, 21:35
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
1-06-2026, 17:09
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
30-05-2026, 22:46
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
30-05-2026, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
30-05-2026, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 17:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
04 Aprel 2023 15:27Siyasət
Ceyhun Bayramov Avropa Şurası Bakı ofisinin rəhbəri ilə müzakirə APARDI

Aprelin 4-də xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası (AŞ) Bakı ofisinin rəhbəri Petr Siç ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə, Azərbaycan və AŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regionda cari vəziyyət müzakirə edilib.
Görüş zamanı, Azərbaycan və AŞ arasında geniş əməkdaşlıq gündəliyinin mövcudluğuna istinad olunaraq, bu xüsusda münasibətlərin inkişafında qəbul olunmuş Fəaliyyət Planlarının, o cümlədən 2022-2025-ci illər üzrə Fəaliyyət Planının vacibliyi diqqətə çatdırılıb. Milli qanunvericiliyin beynəlxalq qanunvericiliyə uyğunlaşdırılmasının, qanunun aliliyinin təmin olunması istiqamətində aparılmış çoxsaylı islahatların Azərbaycan və AŞ arasında mövcud əməkdaşlığın nəticələri olduğu qeyd edilib.
Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistan tərəfinin öhdəliklərindən boyun qaçıraraq, öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmamasının, yalnız humanitar məqsədlər üçün istifadə olunan Laçın yolundan Azərbaycanın təbii sərvətlərinin daşınması, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə maneə olduğu diqqətə çatdırılıb. Laçın yolu ətrafında Ermənistanın bu kimi qeyri-qanuni fəaliyyətlərinə etiraz edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasına kölgə salmaq və beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan “humanitar böhran”, “blokada” iddialarının həqiqəti əks etdirmədiyi vurğulanıb.
AŞ Bakı ofisinin rəhbəri Petr Siç Azərbaycan və AŞ arasında əməkdaşlığın qarşılıqlı anlaşma və etimad əsasında uğurla davam etdiyini diqqətə çatdırıb. Petr Siç münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.























































