Xəbər Lenti
24-10-2026, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
23-10-2026, 11:46
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
22-10-2026, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
23 Dekabr 2022 12:20Siyasət
Azərbaycan XİN rəhbəri Aİ-nin ali nümayəndəsini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb
Dekabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı bölgədəki cari vəziyyət, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin etirazına səbəb olmuş hadisələr, Avropa İttifaqının Ermənistandakı missiyası, o cümlədən Azərbaycan və Aİ arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov Laçın yolunda dinc nümayiş keçirən azərbaycanlıların haqlı etirazlarının səbəbinin Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismarı və ekoloji problemlər, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə halları olduğunu bildirib. Bu xüsusda, Azərbaycanın milli qanunvericiliyinə zidd olan qeyri-qanuni fəaliyyətlərin dayandırılmasının əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin guya Laçın yolunun Azərbaycan tərəfindən bağlandığına dair irəli sürülən iddiaların tamamilə əsassız olduğunu, yoldan gün ərzində bir sıra nəqliyyat vasitələrinin mütəmadi əsasda keçdiyini, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneənin olmadığını diqqətə çatdırıb.
Ali nümayəndə Cozef Borel bölgədə mövcud gərginliyin narahatlıq doğurduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında mövcud sülh gündəliyinə sadiqliyin vacibliyi vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin