Xəbər Lenti
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
21 Mart 2023 01:29Mədəniyyət
Kuklaçılar bu dəfə Talış kəndində Novruz şənliyinə qatılıblar
Mütəmadi ucqar bölgələrə səfərlər edib, oradakı uşaqların kukla teatrı, uşaq tamaşaları haqqında təsəvvürlərinin formalaşmasına dəstək olmağa çalışan ilk peşəkar kukla sənəti kollektivi Azərbaycan Dövlət Kukla Teatrı növbəti tarixi missiyasını reallaşdırıb.
İşğaldan azad olunan və yaşayışın bərpa olunduğu kənd və qəsəbələrimizə səfər etməyi özünün müqəddəs vəzifəsi sayan kuklaçılar bu dəfə Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində təşkil olunan Novruz bayramı şənliyinə, bu unudulmaz el bayramına qatılıblar.
Teatrdan AZƏRTAC-a bildirilib ki, bu tarixi gündə iştirak şansı qazanan yaradıcı heyət Talış sakinləri və ora təşrif buyuran qonaqlar qarşısında möhtəşəm konsert-tamaşa ilə çıxış ediblər.
Kəndin Klub İcma Mərkəzinin qarşısında yaradılan səhnəyə ilk olaraq Azərbaycan Dövlət Kukla Teatrının truppası çıxıb və özündə Qarabağ məişəti və mədəniyyətinin çalarlarını daşıyan Mirzə Fətəli Axundzadənin məşhur “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşasını göstəriblər.
Xatırladaq ki, nümunənin quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.
Peşəkar kuklaçıların ifasında bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan tamaşa talışlı teatrsevərlərin də sürəkli alqışları ilə qarşılanıb.
Mürəkkəb xoreoqrafik elementlərin də icra olunduğu marionet tamaşada məşhur qəhrəmanları usta kuklaçılar Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Aygül Ağayeva canlandırdılar.
Nümayişin ardınca səhnə teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının (studiyanın rəhbəri Səidə Haqverdiyeva) ifaçılarının ixtiyarına verilib.
İstedadlı uşaq və yeniyetmələrin ifasında (Selcan Xatun, Aylin Nəcəfli, Hökumə Ağayeva, İbrahim Laçın, Adil Əlizadə) “Can Qarabağ” adlı rəngarəng konsert proqramı təqdim olunub.
Teatrın aparıcı aktrisası Ülviyyə Əliyevanın aparıcılığı ilə baş tutan konsert-tamaşa maraqlı anlarla yadda qalıb. Sakinlər və qonaqlarla qarşılıqlı ünsiyyət şəraitində keçən tədbirdə Qarabağ qaziləri, Vətən müharibəsi şəhidlərinin doğmaları təbriklərini ürək sözlərini bölüşdülər, kənd sakinlərinə qoşulub rəqs ediblər.