Xəbər Lenti
Dünən, 15:03
Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək
Dünən, 12:48
Xəyalə İmanova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən ağrılı və unudulmaz səhifəsidir”
Dünən, 12:46
Günay Muradova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü milli yaddaşımızın silinməz faciəsidir”
Dünən, 11:20
ATİAHİ RK-nın sədri Araz Paşayev: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və tarixi ədalətin çağırışı”
Dünən, 10:58
İlqar Talıbov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin unudulmayan faciəsidir”
Dünən, 10:41
Əməkdar mədəniyyət işçisi, Ədalət Hacıyev: 31 Mart – Azərbaycanlıların Soyqırımı: Tarixin unudulmaz səhifəsi
Dünən, 10:40
Xeyriyyəçi xanım Zərniyar Kərimova: 31 Mart – xalqımızın qan yaddaşı və ədalətə çağırış günü
Dünən, 10:39
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov: 31 Mart – Xalqımızın qan yaddaşı və unudulmaz faciəsi
30-03-2026, 22:59
Taleh Məmmədov: 31 Mart – tariximizin unudulmaz faciəsi və milli yaddaşımızın sınağı
30-03-2026, 20:44
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və unudulmaz faciəsi”
30-03-2026, 20:39
“Kids Era” körpələr evi-uşaq bağçasının müdiri Sevda Quliyeva: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və soyqırım faciəsi”
30-03-2026, 20:19
Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Emin Musayev: Peşəkarlığın və vətəndaş xidmətinin nümunəsi
30-03-2026, 12:34
İranla müharibə nəzarətdən çıxır? – Dünya iqtisadiyyatının tənəzzülü ilə bağlı SOS
30-03-2026, 10:43
Nərimanov Rayon MKTB-nin rəisi Manaf Manafov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü. Tarixin qan yaddaşı və milli birliyin sarsılmaz ruhu”
29-03-2026, 19:31
Musiqi sahəsində uğurlarına görə Nesli Özsoy “Meslek Onur Ödülü” ilə təltif olundu
29-03-2026, 17:36
“Medilife Klinika” – Müasir tibbin ünvanı: Peşəkar həkimlər və ən son texnologiyalar bir arada
29-03-2026, 16:08
ARHD.AZ İNFORMASİYA AGENTLİYİNİN MOSKVA ŞƏHƏRİNDƏ İSLAM MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ RƏSMİ GÖRÜŞÜ KEÇİRİLDİ
20 Mart 2023 10:40Mədəniyyət
Paytaxt teatrlarının bölgələrə Novruz səfərləri başlanır
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən silsilə tədbirlər davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, regionlarda mədəniyyət həyatının fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsi məqsədi daşıyan bu səfərlər bayram tətillərinin ilk günlərindən başlanır.
Novruz bayramı günləri paytaxtın səkkiz aparıcı mədəniyyət ocağının kollektivi ölkənin müxtəlif regionlarında maraqlı repertuarla bölgə tamaşaçılarının qarşısına çıxacaq. Proqram çərçivəsində ilk qastrol edən kollektiv Azərbaycan Dövlət Yuğ Teatrı öz “Şəbədə” tamaşası ilə Şamaxıya yollanacaq. Kollektiv martın 20-də Şamaxı rayon Mədəniyyət Mərkəzində sənətsevərlərin qarşısına çıxacaq.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyət martın 22-si Salyan və Lənkərana gedəcək. Kuklaçılar M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını əvvəlcə Salyan Dövlət Kukla Teatrında nümayiş etdirəcək. Həmin gün kollektiv Lənkəran şəhərindəki uşaq evi sakinlərinin də könlünü oxşayacaq.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Gəncə teatrsevərlərinin qonağı olacaq. Kollektiv martın 22-də Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı Gəncə teatrının səhnəsində nümayiş etdirəcək.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İbrahim Sadıxovun “Molla Nəsrəddinin beş arvadı” əsərinin tamaşası ilə martın 23-də Mingəçevir teatrının səhnəsində çıxış edəcək.
Şuşa Dövlət Musiqili Dram Teatrı “Lənkəran xanının vəziri”ni qusarlı tamaşaçılarla görüşdürəcək. Axundzadənin bu məşhur əsərinin tamaşası martın 23-də Qusar Dövlət Ləzgi Dram Teatrında oynanılacaq.
Azərbaycan Dövlət Pantomim Teatrı martın 24-də Qəbələ rayon Mədəniyyət Mərkəzində “Pantomim buketi”ni nümayiş etdirəcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Sumqayıt teatrsevərlərinin görüşünə gedəcək. Yaradıcı heyət “Dəcəl keçi” nağıl-tamaşasını martın 26-da təqdim edəcək.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Məlikməmməd” nağıl-tamaşası ilə (27 mart) Şəkidə teatrsevərlərin qarşısına çıxacaq.
Novruz tətillərində musiqisevərlər də diqqətdən kənarda qalmayacaqlar. Martın 23-də Sumqayıt Muğam Mərkəzində muğam konserti keçiriləcək.
Konsertdə Muğam Televiziya müsabiqələrinin iştirakçısı və qalibləri, eləcə də respublika və beynəlxalq müsabiqələrin laureatları çıxış edəcəklər.
Xanəndələr Aytən Məhərrəmova, Məmməd Nəcəfov, Zabitə Alıyeva, Babək Şuşalı, Yaqut Xəlilzadə, Nisbət Sadrayeva, Xəyal Hüseynov, Rəvan Qaçayev, gənc xanəndələr Ədilə Əliyeva, Sevil Abdullayeva, Yusif Sadıxov, Həsrət Əzizli, tarzənlər Səxavət Məmmədov, İsmayıl Zülfüqarov, qanun ifaçısı Natəvan Həsənova, kamançaçı Fərrux Haşımlı, balabançı Rafael Əsgərov, nağaraçı Vüsal Bayramovun ifasında tamaşaçılar muğam və təsnifləri, instrumental muğam parçalarını, habelə muğam improvizasiyalarını dinləmək imkanı əldə edəcəklər.