İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
“Gəlin polietilen paketlərdən imtina edək”
Məlum olduğu kimi, hər il 3 iyul tarixi dünyanın bir çox ölkəsində plastik torbaların ətraf mühitə və insan sağlamlığına verdiyi zərərlərə diqqət çəkmək və insanların bu zərərləri azaltmaq üçün daha davamlı alternativlərə keçməsini təşviq etmək məqsədilə “Beynəlxalq Polietilen Paketdən İmtina Günü” kimi qeyd olunur.
“Qafqazinfo” xəbər verir ki, polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakıda fəaliyyət göstərən bir neçə marketdə ekokönüllülər tərəfindən alıcılara ekoçantalar paylanılıb, plastikin təbiətə və insan orqanizminə zərərləri, tullantıların çeşidlənərək təkrar emala göndərilməsinin vacibliyinin əks olunduğu məlumatverici açıqcalar hədiyyə olunub.
ETSN-nin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ictimaiyyətin diqqətini bu günə yönəltmək, ətraf mühitin qorunması üçün cəmiyyətin hər bir üzvünü fəal iştiraka çağırmaq məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə fləşmob keçirilib.
“Hər birimizin ətraf mühitə təsiri var və hər birimiz bu təsiri azalda, polietilen paketlərdən imtina edərək, təbiəti qorumağa və daha təmiz bir gələcək yaratmağa kömək edə bilərik. Gəlin polietilen paketlərdən imtina edək və ekoloji təmiz alternativlərdən istifadəyə önəm verək”, - S.Məmmədova bildirib.
Şöbə müdiri əlavə edib ki, “Beynəlxalq Polietilen Paketdən İmtina Günü”nə diqqəti çəkmək, vətəndaşları tullantıların çeşidlənməsinə, düzgün idarə olunmasına təşviq etmək məqsədilə 6 iyul, saat 11:00-13:00 aralığında Sumqayıt şəhəri Dənizkənarı Bulvar (Göyərçin abidəsindən bulvara düşən yol) ərazisində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.
Qeyd edək ki, plastik torbalar planetimiz üçün böyük problem olaraq qalır. Hər il təxminən 100000 dəniz canlısı bu səbəbdən məhv olur, qida zəncirinə daxil olduqda, insan sağlamlığına da zərər verə bilər.
Birdəfəlik plastik torbalar bəzi ölkələrdə tamamilə qadağan edilib, digər yerlərdə də polietilen torbaların müəyyən növlərinin istifadəsinə qadağa qoyulub və ya xüsusi qaydalar tətbiq edilib. Ümumilikdə, təxminən 127 ölkə plastik torbaların istifadəsini qaydalarla tənzimləyir. Bu qaydalara plastik torbaların mərhələli şəkildə ləğvi və təkrar istifadə edilə bilən çantalar üçün təşviqlər də daxildir.
Ölkəmizdə də 15 mikrona kimi olan polietilen torbaların istehsalı və istehlakı qadağandır. Eyni zamanda daşıma vasitəsi kimi kassalarda verilən polietilen torbalar ödənişlidir.




























































