Xəbər Lenti
20-11-2024, 10:48
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
20-11-2024, 10:27
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
20-11-2024, 09:17
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
20-11-2024, 08:58
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
19-11-2024, 08:11
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
18-11-2024, 09:55
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Sistemli islahatların davamı-Demokratik təcrübə.
Son illər ərzində ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar Azərbaycanın gələlcək inkişafına xidmət edən amillərdəndir. Üç il bundan öncə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilər ölkədə həyata keçirilən islahatların mühüm tərkib hissələrindəndir. Seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.
Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər. Bu baxımdan yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə qanunvericilik sahəsində bu önəmli rol oynayacaqdır. Çünki parlamentin əsas işi qanunvericilikdir.
Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak etmiş və nəticədə çoxpartiyalı parlament formalaşmışdır. Seçkilərdə beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən verilən obyektiv qiymət də özlüyündə mütərəqqi bir seçkinin keçirildiyindən xəbər verir. Müxalifət partiyalarının nümayəndələri VI çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.
10 mart 2020-ci il tarixdə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında prezident İlham Əliyev çıxışı əsnasında siyasi islahatlar mövzusunda məqama toxunaraq bildirmişdir ki, partiyalararası geniş dialoq aparılmadan islahatları təkmilləşdirmək qeyri-mümkündür. Bunun üçün də Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüş keçirir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq şəkildə aparılmalıdır.
Prezident İlham Əliyev eyni zamanda bildirmişdir ki, Azərbaycanda çoxpartiyalı sistem daha möhkəm əsaslar üzərində qurulmalıdır. Bunun üçün müvafiq tədbirlər görülməlidir. Bu baxımdan ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakter daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan neqativ və xoşagəlməz halların qarşısı alınır. Bu baxımdan islahatların dərinləşməsi prosesi parlamentdən də yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatları öz töhfəsini vermək istiqamətində ciddi işlər həyata keçirir və təbii ki, dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir.
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı cənab prezident eyni zamanda ölkədə həyata keçirilən gənclər siyasətinə də diqqət çəkərək ölkə əhalisinin mütləq əksəriyyətinin gənclərdən ibarət olduğunu, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımların atılmalı olduğunu da qeyd etmişdir. Gənclər milli ruhda tərbiyə almalı, xarici təsir altına düşməməlidir.
VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında prezident İlham Əliyev həmçinin sosial mövzuda vacib məqamlara toxunaraq bildirdi ki, minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.
Cənab prezident İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən təşkilatlarla daha səmərəli işlər görülməsini qeyd edərək bildirmişdir ki, o təşkilatlarda ki, ölkəmizə qarşı qərəzli bəyanatlar verilir, həmin qurumlarda ölkəmizin mövqeləri daha da gücləndirilməlidir. Beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmalı olduğunu bildirən ölkə başçısı Azərbaycana qarşı mövqeysiz yanaşmaların olduğu təşkilatlarda daha mübariz olmağı, onların qarşısında yaxşı olmaq deyil, dövlət, xalq qarşısında yaxşı olmağın vacibliyini vurğulamışdır.
Parlament qarşısında bu və digər vəzifələri müəyyənləşdirən cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində çox önəmli rol oynayır. Bununla yanaşı Avropa ittifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq sənədləri mövcuddur. Həmçinin qonşu ölkələrlə sağlam işgüzar və dostluq əsasında münasibətlər qurulmuşdur. Və sözsüz ki, əldə etdiyimiz ən böyük uğurların təməlində siyasi sabitlik dayanır. Siyasi sabitliyin qorunmasında isə bütün vətəndaşlar fəal iştirak etməlidir. Təhlükəsizlik və sabitlik dayanıqlı inkişafın zəmanətidir.