Xəbər Lenti
1-06-2026, 21:41
Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
1-06-2026, 21:35
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
1-06-2026, 17:09
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
30-05-2026, 22:46
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
30-05-2026, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
30-05-2026, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 17:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
17 Noyabr 2022 15:39Manşet / İqtisadiyyat
Bakıda Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçirilir

Noyabrın 17-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu öz işinə başlayıb.
İCYF ilə əməkdaşlıq çərçivəsində artıq 2-ci ildir təşkil olunan forumda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Forumun məqsədi yerli və beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların, ekspert və startapların iştirakı ilə ölkəmizə investisiya qoyuluşunu təşviq etmək və onları investisiya imkanları barədə məlumatlandırmaq, Azərbaycanda, Avrasiyada və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni baxışın inkişaf etdirilməsi və startap ekosisteminin gücləndirilməsi yollarını müzakirə etməkdir.
Tədbir İslam Əməkdaşlıq Təşkilatının ənənələrinə uyğun olaraq, müqəddəs Qurani-Kərimdən ayələrin oxunuşu ilə başlayıb.
Sonra Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın forum iştirakçılarına ünvanladığı müraciət oxunub.
Forumun açılışında Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İslam Əməkdaşlıq Təşkilatı Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türkiyə Respublikası Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş Katibi Yousef Hasan Halavi, Türkiyənin Varlıq Fondunun Baş direktoru Səlim Arda Ermut, Azərbaycan Respublikasının Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İslam Əməkdaşlığı Gənclər Forumunun prezidenti Taha Ayhan çıxış ediblər.
Forum öz işini “İƏT ölkələrində insan kapitalı və sahibkarlıq”, “Gənclərin innovasiya və texnologiyaların təşviqində rolu” və “Startapların inkişafının
gücləndirilməsi: Effektiv investisiya ekosisteminin qurulması” mövzularında panel müzakirələrlə davam etdirəcək.
Tədbir çərçivəsində həmçinin, İƏT ölkələrindən 50-yə yaxın startapın layihəsinin təqdim olunduğu sərgi keçirilir. Sərgidə qida və aqrar texnologiyalar, “yaşıl sənaye”, fintek, oyunlar və aplikasiyalar, ətraf mühit və bərpa olunan enerji, ağıllı texnologiyalar, aviasiya və kosmik texnologiya, logistika və “ağıllı şəhər”, robotexnika üzrə startap layihələri təqdim olunur. Sərginin məqsədi İƏT ölkələrindən olan gənc sahibkarların və startapların dünya miqyasında tanınmasına töhfə vermək, startapların layihələrinin forumda iştirak edən 30-a yaxın investor tərəfindən maliyyələşdirilməsinə dəstək göstərməkdir.
Forumda çərçivəsində iş adamları, investorlar və startaplar arasında ikitərəfli görüşlər də keçirilib.
Sabah – noyabrın 18-də isə forum öz işini “Gələcəyin əsas oyunçuları: Qlobal sahibkarlar” və “Unicorna gedən yol: İnvestorların gözləntiləri” mövzularında panel iclasları ilə davam etdirəcəkdir.
Qeyd edək ki, “NEQSOL Holding”, “Kapital Bank”, “Turkish Airlines”, “Nextstep” İnnovasiya Mərkəzi, “Norm Sement”, “Ziraat Bank Azərbaycan”, “Yapı Kredi Bank Azərbaycan”, “Albayrak Qrupu” və “Agromix” şirkətləri Azərabyacn İnvestisiya və Gənc Sahibkarlar Forumunun sponsorları sırasındadır.























































