Xəbər Lenti
Bugün, 16:52
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
Bugün, 13:06
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
Bugün, 12:00
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Dünən, 21:50
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Dünən, 18:37
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Dünən, 18:09
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Dünən, 17:26
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Azərbaycanla İordaniya biznesin inkişafı və investisiya layihələrinin reallaşdırılması imkanlarının, ticarət əlaqələrinin inkişafı dair görüş keçirilib

Azərbaycan iş adamlarının İordaniyada işgüzar səfəri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ilə İordaniya İş Adamları Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Agentlikdən verilən məlumata görə, səfərin məqsədi iki ölkənin iş adamları və müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə biznes və investisiya layihələrinin reallaşdırılması imkanlarının, ticarət əlaqələrinin inkişafı və İordaniya bazarına çıxış perspektivlərinin müvafiq qurumlarda müzakirə olunmasıdır. Iordaniyanın paytaxtı Əmman şəhərində baş tutan "Azərbaycan-İordaniya" biznes forumunda
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosisasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov
Azərbaycanda narçılığın inkişafı və nar məhsullarının ixrac perspektivləri haqqında çıxış edib.


Bu il dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 15,2 mln. manata yaxın vəsait daxil olub
Azərbaycanda muzdlu işçilərin əməkhaqqı 11% artıb
Daha 16 kiçik dövlət müəssisə və obyekti özəlləşdiriləcək
Azərbaycan nümayəndə heyətinə biznes assosiasiyaların nümayəndələri, eləcə də kənd təsərrüfatı, qida, turizm, səhiyyə, təhsil sektorlarında fəaliyyət göstərən və idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamları daxildir.
Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İordaniyanın investisiya naziri Xayri Amr ilə görüşüb. Qeyd olunub ki, Agentlik biznes və investisiya təşəbbüsləri ilə bağlı məlumat mübadiləsinə dair birgə əməkdaşlıq platformalarına, İordaniya iş adamlarının Azərbaycana işgüzar missiyasının təşkilinə və ölkəmizdə keçiriləcək sərgilərdə iştirakına dəstək göstərməyə hazırdır.
Potensial investisiya layihələrinin mübadiləsi və birgə müəssisələrin yaradılması imkanlarının nəzərdən keçirilməsində də KOBİA İordaniyanın müvafiq qurumları ilə əməkdaşlıqda maraqlıdır.
Öz növbəsində Xayri Amr əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, gələcək birgə təşəbbüslərə dəstək verəcəyini bildirib.
Orxan Məmmədov və İordaniyanın Sənaye Palatasının sədri Fathi Al-Jagber arasında keçirilən görüşdə isə ticarət əlaqələrinə və bu istiqamətdə iş adamları arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Palatanın rəhbərliyi və İordaniya iş adamları Azərbaycana səfərə dəvət olunub. Görüş çərçivəsində Orxan Məmmədov və Fathi Al-Jagber əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladılar. Sənəd sahibkarlıq sahəsində məlumat və təcrübə mübadiləsi, iş adamları arasında əlaqələrin təşviqi, birgə tədbirlərin və görüşlərin, qarşılıqlı biznes missiyaların təşkili kimi məsələləri əhatə edir.























































