Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

22 Ekm 08:12Manşet / Cəmiyyət

Qubadlının azad edildikdən sonra yeni inkişaf dövrü.

 Qubadlının azad edildikdən sonra  yeni inkişaf dövrü.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Qubadlı da var. 1993-cü ilin avqustundan işğal altında olan Qubadlının çoxşaxəli aqrar potensialı mövcud idi. İşğal nəticəsində Qubadlının yeraltı və yerüstü sərvətləri düşmən tərəfindən darmadağın edilmiş, kənd yerlərində çalışan əhali məcburi köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalmış və yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri sıradan çıxarılmışdır.
Qubadlı rayonu Qarabağın, Kiçik Qafqaz dağlarının cənub-şərqində Ermənistan ilə sərhədində yerləşən rayonudur. Ərazi baxımından Kəlbəcər-Laçın iqtisadi rayonunun tərkibinə daxildir. Ərazisi 802 km2 olan rayonun əhalisi 41,6 min (1993-cü ildə 28,1 min) nəfərdir. Ölkə ərazisinin 0,9 faizini, Qarabağ ərazisinin isə təqribən 5,8 faizini Qubadlı rayonu təşkil edir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub-şərq tərəfində Araz çayının sol sahilində yerləşir.
Rayonun iqlimi cənub hissəsində yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, şimal hissəsində isə yayı quraq keçən mülayim istidir və ərazisində əsasən dağ şabalıdı, şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılıb. Ərazisi bol sululuğu ilə bilinən Bazarçay (Bərgüşad), Həkəri və Meydan Dərəsi çayları ilə suvarılır.
Qubadlı əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti kənd təsərrüfatı olmuşdu. Yayı isti, qışı mülayim olan Qubadlı rayonunda keçmiş Sovet İttifaqın zamanı örüş-otlaq və biçənək sahələrinin geniş olmasına (17.8 min ha) və əhalinin maldarlıq sahəsində təsərrüfatçılıq ənənələrinin saxlanılmasına görə bu regionun aqrar potensialı daha çox heyvandarlıq sahəsində baza ağırlıqlı olmuşdu. Qeyd edək ki, burada mövcud olan otlaq sahələri respublikanın otlaq sahələrinin təxminən 0,7 faizini təşkil edir. Ərazisində hakim olan iqlimin və bol sulu çaylarının verdiyi imkanlara görə rayon sakinləri həm 1 illik əkmələr, həm də çoxillik əkmələri rahat becərə bilirdilər. Əsas məşğuliyyətin əkinçilik olduğu rayonda müxtəlif meyvələr, tərəvəzlər, xüsusən də taxıl, tütün və üzüm əkilirdi.
Qubadlı rayonu erməni işğalçıları tərəfindən 31 avqust 1993-cü ildə zəbt olunub. Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qubadlı rayonunun 35 mindən çox əhalisi respublikanın 42 rayonunda məcburi köçkün həyatı yaşayır.
2020-ci il 23 dekabr tarixində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qubadlıda Azərbaycan bayrağını qaldırması isə tarixi hadisə olmaqla yanaşı, Qubadlılarla bərabər bütün Azərbaycan xalqının ümumi sevincinə səbəb oldu. Bundan sonra 25 oktyabr nəinki Qubadlıların xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi olaraq qalacaqdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün və düşünülmüş siyasətinin məqsədyönlü nəticəsidir. İşğaldan sonrakı dövrdə Ali Baş Komandan həmin ərazilərə tarixi səfərləri isə onun növbəti zəfəri və qələbələrinin təntənəsidir.
Uğurlu siyasət, düzgün hərbi strategiya peşəkar strateq kimi də Ali Baş Komandanın müharibə zamanı hərbi əməliyyatlara rəhbərlik etməsi müharibənin qalibiyyətimizlə nəticələnməsinə səbəb oldu. Azərbaycan Ordusunun mənəvi kodeksini təşkil edən xalq, ordu, iqtidar həmrəliyi nəticəsində 44 gün ərzində elə bir azadlıq, qürur dolu tarix yazıldı ki, bütün gücümüzü, qüdrətimizi bir daha dünya ölkələrinə nümayiş etdirdik. Dəmir yumruq bir daha öz əzəmətini göstərdi və şanlı Qələbəmizin simvoluna çevrildi.
Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Dördzolaqlı yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya 23.12.2020 (Qubadlıda Azərbaycan bayrağının ucaldılması.) və 25.10.2021-ci il tarixlərdə (Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak, “Qubadlı” yarımstansiyasının açılışında iştirak, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüş.) səfərlər edib.
Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. 30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək.
Qarabağ Azərbaycandır! Yaşasın müstəqil, azad Azərbaycan!