Xəbər Lenti
Dünən, 14:25
İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Dünən, 14:21
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
13-10-2026, 16:07
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
“Reyestr istifadəyə verildikdən sonra müraciətlərin qəbuluna başlanılacaq” - MEDİA

“Media Reyestri istifadəyə verildikdən sonra həm media subyektlərinin, həm də jurnalistlərin müraciətlərinin qəbuluna başlanılacaq”.
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva bildirib.O qeyd edib ki, “Media haqqında” qanun və media reyestrinin aparılması qaydalarının tələblərinə uyğun olaraq, jurnalistin adının reyestrə daxil edilməsi üçün şərtlərdən biri, onun əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi bağladığı media subyektinin Media Reyestrində olmasıdır:
“Yəni, ilk növbədə media subyekti Agentliyə müraciət edir, Media Reyestrinə daxil edilir və ona Media Reyestri şəhadətnaməsi təqdim olunur. Ondan sonra jurnalist fərdi qaydada MEDİA-ya müraciət edir və adı Media Reyestrinə daxil edildikdən sonra ona jurnalist vəsiqəsi təqdim ounur. Müraciət zamanı əmək müqaviləsi Elektron Hökumət Portalında sistemə inteqrasiya olunacaq. Əgər jurnalist media subyekti ilə mülki hüquq müqaviləsi əsasında əməkdaşlıq edirsə, bu zaman o sistemə həmin müqavilə haqqında məlumatlarla yanaşı, sənədin özünü də yükləməldir. Beləliklə, onun hansı media subyekti ilə əməkdaşlıq etdiyi, həmin subyektin Media Reyestrinə daxil edilib-edilməməsi aydınlaşdırılacaq və müvafiq qərar qəbul ediləcək”.
Mətbuat katibi Media Reyestrinə müraciətə hər hansı məhdudiyyət qoyulmadığını vurğulayıb:
“Yəni bu, davamlı bir prosesdir. Jurnalist vəsiqəsi 3 il müddətinə verilir. Media Reyestri şəhadətnaməsi isə müddətsizdir”.
























































