Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Əvəz Zeynallı və Elçin Sadıqov həbs edildi

Rüşvət almaqda təqsirləndirilərək saxlanılan, "Xural" internet kanalının baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqov məhkəmə qarşısına çıxarılıblar.
Binəqədi rayon Məhkəməsində Ə. Zeynallı və E. Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Əvəz Zeynallı və vəkil E. Sadıqov "Baku Still Company"şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.
Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü(külli miqdarda rüşvət alma) maddəsilə cinayət işi başlanıb.























































