Xəbər Lenti
Bugün, 13:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Dünən, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Dünən, 15:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Dünən, 11:54
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
Dünən, 11:40
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
19-09-2026, 13:30
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
18-09-2026, 18:23
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
18-09-2026, 17:14
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
17-09-2026, 20:05
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
DİN Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib
Daxili İşlər Nazirliyi (DİN) Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib.
Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, müraciətdə deyilir:
"Cari il iyul ayının 30-dan başlamış Məhərrəm ayında, o cümlədən avqustun 8-nə təsadüf edən “Aşura” günündə dini mərasimlər “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.
Mərasim iştirakçılarının təhlükəsizliyi, məscidlərə rahat gediş-gəlişi, dini ayinləri sərbəst və maneəsiz yerinə yetirmələri üçün bütün lazımi tədbirlər görülür.
Eyni zamanda, diqqətə çatdırırıq ki, əhalinin epidemioloji salamatlığının təmin edilməsinin zəruriliyi baxımından mərasimlərin həm də sanitariya normalarına uyğun təşkil edilməsi tövsiyə olunur. Piyadaların və yol hərəkətinin digər iştirakçılarının həyatına təhlükə yaradan, tıxaclara səbəb ola bilən hallara yol verilməməlidir.
İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı bu müraciəti anlayışla qarşılamağa çağırır və həmçinin bildiririk ki, qeyd olunan tələb və tövsiyələr məhz hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin və cəmiyyətin dinc həyatının qorunmasına xidmət edir”.























































