Xəbər Lenti
Bugün, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
Bugün, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
Dünən, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
8-11-2026, 11:55
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Vilayət Eyvazov İranın Narkotiklərlə Mübarizə Polisinin rəisini qəbul edib
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi, briqada generalı Məcid Kəriminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir bildirib ki, qarşılıqlı fəaliyyəti tənzimləyən normativ-hüquqi baza mövcuddur və bu, daha sıx əməkdaşlığa və cinayətkarlıqla mübarizədə birgə praktiki tədbirlər həyata keçirməyə imkan yaradır. O, belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən bəşəri bəlaya çevrilmiş narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini, ikitərəfli əlaqələrin genişləndirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb.
Nazir qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət haqqında qısa məlumat verib, respublikamızda demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işləri qeyd edib və bildirib ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər.
İran İslam Respublikasının Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi, briqada generalı Məcid Kərimi qeyd edib ki, həqiqətən belə səfərlər, imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki dost ölkənin mənafelərinə tam uyğundur, bütün sahələrdə, o cümlədən təhlükəsizlik, iqtisadi münasibətlər və digər məsələlərdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.























































