Xəbər Lenti
Dünən, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
8-11-2026, 11:55
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
7-11-2026, 17:50
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
7-11-2026, 13:33
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
7-11-2026, 12:21
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
7-11-2026, 12:12
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
7-11-2026, 11:43
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
7-11-2026, 11:41
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
7-11-2026, 11:25
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
10 İyun 2022 17:46Manşet / İqtisadiyyat
Bu il 69 kəndə qaz çəkiləcək
“Bu ilin yanvar-may ayları ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin boru xətlərinə 4 milyard 207 milyon, o cümlədən, bu ilin may ayı ərzində 390 milyon kubmetr təbii qaz qəbul edilib”.
Bunu SOCAR “Azəriqaz” İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib.
O qeyd edib ki, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə qaz qəbulunda 329 milyon kubmetr artım olub.
Rəşad Cavadov bu ilin yanvar-may aylarında “Azəriqaz” İB-nin satdığı qaza görə ödəniş səviyyəsinin 101,02 % olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 14,3% çoxdur.
Baş direktorun müavini bildirib ki, bu ilin iyunun 1-nə olan məlumata görə, “Azəriqaz” İB üzrə istehlakçıların sayı 2 milyon 465 min 415-ə çatıb: “O cümlədən, əhali sektoru üzrə 2 milyon 427 min 456 abonent, qeyri-əhali sektoru üzrə isə 37 min 959 abonent olub”.
Qaz itkiləri ilə bağlı məlumat da media nümayəndələrinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə Birlik üzrə paylayıcı şəbəkədə 8.6 % azalma olub.
Qurum rəsmisi 2022-ci ilin qazlaşma prosesi haqqında statistik məlumatı açıqlayıb. “2022-ci ildə 69 kənd və 62 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub ki, bunlardan 37 kənd və 50 yeni yaşayış massivində işlər davam edir. 1 kəndin və yeni yaşayış masssivinin qazlaşdırılması işi yekunlaşıb”, - deyə baş direktorun müavini qeyd edib.
Bundan əlavə, keçirilən görüşdə Birliyin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Azəriqaz” İstehsalat Birliyinin ildə bir dəfədən az olmayaraq noyabr ayının 1-nə qədər yaşayış mənzillərində və sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunmasını yoxlamaq üçün texniki müayinə keçirəcəyini qeyd edib.
Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov meşə zolağında yerləşən kəndlərin qazlaşdırılması ilə bağlı mövcud vəziyyəti açıqlayıb. Şöbə rəisi bildirib ki, bu il qazlaşdırılması nəzərdə tutulan 69 kəndin 25-i bilavasitə meşə zolağı kənarında yerləşən kəndlərdir: “Bu kəndlərin qazlaşdırılması ekoloji tarazlığın qorunmasında xüsusi mühüm rol oynayacaq”.






















































