Xəbər Lenti
Dünən, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 17:48
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
9-11-2026, 10:51
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Sumqayıtda Milli kitab sərgisi keçirilib
Sumqayıtda Kimyaçı Mədəniyyət Sarayının qarşısında, açıq havada Mədəniyyət Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi, Azərbaycan Yazıçılar Birliyinin və “Qanun” Nəşrlər Evinin təşkilatçılığı ilə Milli kitab sərgisi keçirilib.
Sərgidə 30-dan artıq nəşriyyat, 10-dan çox kitab evi iştirak edib və kitablara 50 faizədək endirim tətbiq olunub. Sərgidə 100 mindən artıq kitab satışı təqdim edilib.
İki gün davam edən sərginin açılış mərasimində Milli Məclisin deputatları, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, naşirlər və kitab sevərlər iştirak ediblər.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev kitab bayramının kitabın təbliğatı, mütaliəyə olan marağın artırılması üçün mühüm bir təşəbbüs olduğunu vurğulayıb.
Milli Məclisin deputatları Müşfiq Məmmədli, Aqil Abbas, Sumqayıt şəhər Yeni Azərbaycan Partiyasının sədri Ramiz Hüseynov, "Qanun” Nəşrlər Evinin təsisçisi və rəhbəri Şahbaz Xuduoğlu, "Azərbaycan Nəşriyyatları” İctimai Birliyi sədri Şamil Sadiq, yazıçılar Əlisa Nicat, Seyran Səxavət, Cəlalə Nəzəroğlu və digərləri çıxış edərək nəşriyyat-informasiya sahəsinə dövlət qayğısından, həmçinin cəmiyyətin mədəni, intellektual, iqtisadi inkişafında və savadlı gəncliyin yetişməsində kitabın, mütaliənin vacibliyindən söz açıblar.
Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.
Tədbir incəsənət ustalarının və Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov Mədəniyyət Mərkəzinin mədəniyyət evlərində fəaliyyət göstərən özfəaliyyət kollektivlərin ifası ilə davam edib.
Sərgi iştirakçıları sevdikləri yazarların imzalı kitablarını əldə ediblər.
Sərginin "Qarabağa kitabla gedək” stendində işğaldan azad olunan regionlarımızda yaradılacaq kitabxanalar üçün kitablar toplanılıb.























































