Xəbər Lenti
Dünən, 14:25
İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Dünən, 14:21
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
13-10-2026, 16:07
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Ucarda Heydər Əliyevin adını daşıyan parkda işıqlar yanmır
Ucar rayonuna gedərkən yolüstü qarşılaşdığım mənzərə bu yazını yazmağıma səbəb oldu. Ucar şəhərinin mərkəzində üç hektara yaxın sahəsi olan “Heydər Əliyev” parkı qaranlığa qərq olub.Parkın ətrafındakı işıq dirəklərində olan lampalarla yanaşı yerdən qoyulmuş lampalarda yanmır.
Sözügedən parkda ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb və bununla yanaşı həmin parkda Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir.Belə bir mənzərə ilə qarşılaşmaq nə ziyarətçilərin, nə də böyük dahinin adına xoşdur. Qaranlıq bürünmüş parkda insan dincəlmək əvəzinə az qalır ki, özünü itirsin. Gecə saatlarında bu parkı gəzmək fikirində olsan gərək ilk növbədə özün üçün fanar götürəsən ki, gəzərkən ayaqlarının altın görə biləsən, ya da qaranlıqda yıxılıb zədə almayasan.Bəlkə də Ucar rayon İcra Hakimiyyəti və Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsı parkı qaranlığ qərq etməkdə məqsədləri elektirik enerjisinə qənaət etməkləridir?.
Çünki, belə olmasaydı dahi şəxsiyyətin adını daşıyan park baxımsız vəziyyətdə qalmazdı.İnanıram ki, görüb çəkdiklərimdən bir nəticə çıxararaq, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov ciddi tapşırıq verərək, problemin müsbət həlli istiqamətində işlər görəcək. Unutmayaq ki, hər bir məmurun vəzifəsi xalqa xidmət etməkdir.
Hörmətlə:Yusif Rəsul.























































