Xəbər Lenti
Dünən, 10:47
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Dünən, 10:27
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
21-11-2026, 20:57
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
21-11-2026, 20:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
21-11-2026, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Bəzi yerlərə qar yağıb - Faktiki hava
Martın 25-i saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarınadək yağış davam edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında - Neft Daşlarında 7.0 mm, Çilov adası, Bakıda 4.0 mm, Binədə 2.0 mm, Maştağa, Sumqayıt, Pirallahıda 1.0 mm-dək, Neftçalada 7.0 mm, Astara, Balakəndə 4.0 mm, Şahdağ, Sarıbaş (Qax), Lənkəranda 3.0 mm, Ləzə, Biləsuvar, İmişli, Kürdəmir, Zaqatala, Ağdam, Gədəbəydə 2.0 mm, Ordubad, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Bərdə, Xınalıq, Yevlax, Zərdab, Beyləqan, Sabirabad, Salyan, Yardımlı, Ağsu, Kişçay (Şəki), Şabranda 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Sarıbaş (Qax), Lerikdə 60 sm, Şahdağda 55 sm, Xaltanda 48 sm, Şahdağda 43 sm, Ağdərədə (Ordubad) 34 sm, Altıağacda 32 sm, Kişçay (Şəkidə) 30 sm, Ləzədə 22 sm, Xınalıq, Daşkəsəndə 16 sm, Qrızda 12 sm, Göygöldə 10 sm, Şamaxıda 8.0 mm, İvanovka (İsmayılı) 5 sm, Qəbələdə 1 sm olub.
Külək şimal-qərb küləyi arabir Daşkəsən, Şabranda 20 m/s, Altıağacda 17 sm, Naxçıvanda 16 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6°-dək isti, Naxçıvan MR-da 7°-dək şaxta, dağlıq rayonlarda 12°-dək şaxta, aran rayonlarında 4°-dək isti olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 26-sı gündüzədək davam edəcək. Martın 27-28-də havanın temperaturu iqlim normasına yaxınlaşacaq, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.























































