İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Şimşək çaxıb, leysan yağıb - Faktiki hava
Oktyabrın 13-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 13-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində hava şəraiti qeyrı-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb. Əsasən şərq rayonlarında güclü olub.
Düşən yağıntının miqdarı Sabirabadda 57 mm, Lənkəranda 47 mm, Cəfərxanda 23 mm, Astara, Neftçalada 5 mm, Qrız, Yardımlı, İsmayıllı, Şahdağ, Mingəçevir, Altıağac, Xaçmaz, Xaltan, Oğuz, Qəbələ, Şəki, Naxçıvan, Daşkəsən, Gədəbəy, Gəncə, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şamaxı, Quba, Qusar, Şabran, Goranboy, Yevlax, Göyçay, Zərdab, İmişli, Şirvan, Bərdə, Biləsuvar, Xınalıq, Lerikdə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında 9 mm, Pirallahıda 2 mm, Çilov adası, Maştağa, Binədə 1 mm-dək olub.
Şəmkir, Naftalan, Göygöl, Balakən, Daşkəsən, Lerik, Qrız, Tərtər, Göycay, Şəki, Qax, Qobustan, Quba, Qusar, Qəbələ, Xınalıq, Xaltanda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 29, Aran rayonlarında 26, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.























































