Xətai rayonunda "mygov" platformasının təşfiqinə dair maarifləndirmə tədbirləri davam edir
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
Lənkəranda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Noyabrın 6-da Lənkəran şəhər Heydər Əliyev prospektində 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd əlamətdar günün mənəvi əhəmiyyətini vurğulamaq, ətraf mühitin mühafizəsinə töhfə vermək, şəhərin yaşıllıq sahələrini genişləndirmək və ekoloji tarazlığın qorunmasına diqqəti artırmaq olub.
Zəfər Gününə həsr olunan və rayonunun bir sıra ərazilərini əhatə edən aksiya çərçivəsində ümumilikdə 2200 müxtəlif növ ağac tingləri, eyni zamanda park və xiyabanlarda dekorativ ağac və gül kolları əkilib, yaşıllıq sahələrinin artırılması istiqamətində müvafiq işlər görülüb. Qeyd edək ki, Zəfər Gününə həsr olunan bu cür tədbirlər Vətənə sevgi, milli birlik və həmrəylik duyğularının təbliği ilə yanaşı, gələcək nəsillər üçün daha sağlam və yaşıl mühitin yaradılmasına xidmət edir.






































































