Xəbər Lenti
Dünən, 18:10
Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
26-11-2026, 14:41
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
26-11-2026, 11:57
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
25-11-2026, 17:45
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
25-11-2026, 10:18
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
25-11-2026, 09:58
İranda saxta içkidən kütləvi zəhərlənmə - 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu
23-11-2026, 17:05
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
Qaxda Zəfər Gününə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Qax rayonunda ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında rayon rəhbərliyi, YAP rayon təşkilatının, hüquq- mühafizə orqanlarının rəhbər və əməkdaşları, əmək kollektivləri və ictimaiyyət nümayəndələri iştirak edib. Aksiya çərçivəsində rayonun avtomobil yollarının ətrafında, yaşayış məntəqələrində, park və sosial obyektlərin həyətlərində müxtəlif növ ağac və kol bitkiləri əkilib.
Belə ki, Qax–Qaşqaçay–Armudlu və Qorağan–Qax–Zaqatala avtomobil yollarının ətrafında, eləcə də rayonun digər yaşayış məntəqələrində həyata keçirilən yaşıllaşdırma işləri zamanı 600 ədəd meşə ağacı, 600 ədəd qoz, 400 ədəd fındıq, 400 ədəd dekorativ kol və 800 ədəd digər meyvə ağacı olmaqla, ümumilikdə 2800 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Ağacəkmə aksiyası yalnız ərazilərin yaşıllaşdırılması deyil, həm də Zəfər Gününün tarixi və mənəvi mahiyyətinə uyğun olaraq quruculuq, inkişaf və gələcək nəsillərə sağlam ətraf mühitin ötürülməsi ideyasının təcəssümüdür.
Bu təşəbbüs Azərbaycanın qazandığı tarixi Zəfərin yaratdığı yeni inkişaf mərhələsinin, dövlətin ekoloji siyasətinə və ətraf mühitin qorunmasına göstərilən diqqətin əməli ifadəsidir.
Qax rayonunda yaşıllıq sahələrinin artırılması, yolkənarı ərazilərin abadlaşdırılması, yaşayış məntəqələrinin ekoloji və estetik görkəminin yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir. Əkilən hər bir ağac Zəfərimizin yaratdığı quruculuq ruhunun, gələcəyə inamın və sağlam ətraf mühit naminə ortaq məsuliyyətimizin rəmzidir.

































































