Menu
Xəbər Lenti
Anar Rzayevə ağır itki
Dünən, 10:54

Anar Rzayevə ağır itki

06 Noyabr 2026 12:23Manşet / Gündəm

“Arxamızda güclü Azərbaycan var” - Kikboksçulardan dünyaya qürur mesajı

Bu gün ölkəmizdə idmana yaradılan şərait gənclər üçün böyük stimuldur.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov bildirib.

“Azərbaycanın idman ölkəsi kimi dünyada tanınmasında ölkəmizdə keçirilən beynəlxalq yarışların böyük rolu olub. Sağlam nəslin formalaşması üçün ölkəmizdə hərtərəfli imkanlar və əlverişli şərait yaradılıb. Azərbaycan kikboksçuları beynəlxalq yarışlarda qazandıqları uğur və nailiyyətlərlə ölkəmizin bayrağını zirvələrə qaldırırlar. Çünki onlar görürlər ki, arxalarında güclü və qüdrətli Azərbaycan var. Dünyanın hansı ölkəsinə gediriksə, fəxrlə deyə bilirik ki, Azərbaycandan gəlmişik. Bundan böyük qürur ola bilməz”, – deyə Azər Aslanov qeyd edib.