Menu
Xəbər Lenti
Anar Rzayevə ağır itki
Dünən, 10:54

Anar Rzayevə ağır itki

06 Noyabr 2026 10:00Manşet / Dünya

İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”

 

“İranın qalan hissəsini məhv etməli ola bilərəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

Administrasiyasının 7 ay ərzində cəmi 18 itki ilə Hörmüz boğazı üzərində tam nəzarəti ələ keçirdiyini söyləyən ABŞ lideri Tehran rejiminə açıq təhdid ünvanlayıb.

İranla kiçikmiqyaslı toqquşmaların davam etdiyini və PUA hücumlarının zərərsizləşdirildiyini bildirən Tramp ölkənin tarixi prosesinə toxunub: “Müharibəni onlar başlatdılar, yəqin ki, 1979-cu ildə. İrana qarşı daha da irəli gedib-getməyəcəyimizə gəlincə, mümkünsə ölkənin qalan hissəsini məhv etmək istəmirəm, amma bəlkə də, etməli olacağam. Tezliklə öyrənəcəksiniz".

O, İranın yenidən qurulmasının 25 il çəkəcəyini vurğulayaraq məsələnin qalan hissəsi ilə məşğul olmağa tam hazır və ayıq olduqlarını qeyd edib.