Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
İranda saxta içkidən kütləvi zəhərlənmə - 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
Qorxmaz Hüseynovun dövründəki - Milyonluq mənimsəmələr üzə çıxdı
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sələfi “Azərsu” ASC-nin keçmiş rəhbəri Qorxmaz Hüseynovun dövründə milyonlarla dövlət vəsaitinin mənimsənilməsi faktı aşkar edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həmin dövrdə baş verən qanun pozuntularını araşdırıb.
Mənimsəmə faktı üzrə artıq bir nəfər sabiq vəzifəli şəxsə yekun ittiham elan edilib.
Qorxmaz Hüseynov və başqaları ilə bağlı isə cinayət işi ayrıca icraata ayrılıb. Həmin vaxt müqavilələr İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov adlı şəxslər tərəfindən imzalanıb. Hazırda həmin şəxslər barəsində cinayət təqibi davam edir.
Bu kimi hallarda prokurorluq dövlətə dəymiş ziyanın ödənilməsi üçün şans verir. Ziyan ödənilmədiyi təqdirdə isə şəxs cinayət məsuliyyətinə cəlb edilir, iş məhkəməyə verilir.
Məlumat üçün bildirək ki, Q.Hüseynov 2011- 2021-ci illər aralığında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edib.
Qeyd edək ki, bu yaxınlarda həmin iş üzrə “Azərsu”nun sabiq departament rəhbəri və şöbə müdiri Səday Əliyev təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Səday Əliyev ayrılmış cinayət işində adı keçən şəxslərlə əlbir olaraq 3 milyon manat zərər vurmaqda ittiham olunur. Həmin işdə yuxarıda adları çəkilmiş digər şəxslər şahid qismində dindiriliblər. Onların məhkəmədə də şahid qismində ifadə vermələri mümkündür.
Həmin cinayət işi üzrə keçirilmiş məhkəmənin hazırlıq iclasında Səday Əliyev ittihamı qəbul etmədiyini, 2 dəfə məhkəmə qərarı ilə işə bərpa olunduğunu, sonuncu məhkəmə qərarının 16 aydır icra edilmədiyini, buna görə ona qarşı hazırkı ittihamın irəli sürüldüyünü deyib.
Sail Ağasəlim























































