26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Üçüncü dəfə “Qızıl Top”u qazandı - Fotolar
İspaniyalı futbolçu Aleksia Putellas karyerasında üçüncü dəfə qadınlar arasında “Ballon d’Or” mükafatına layiq görülüb.
“Qafqazinfo” xəbər verir ki, “London City Lionesses” və İspaniya millisinin üzvü olan yarımmüdafiəçi Londonda keçirilən mərasimdə “Barselona”dan keçmiş komanda yoldaşı Eva Payor və “Mançester Siti”nin hücumçusu Xadica Şounu geridə qoyub.
2021 və 2022-ci illərdə də bu mükafatı qazanan Putellas üç dəfə “Ballon d’Or”a sahib çıxan ikinci qadın futbolçu olub. Ondan əvvəl bu uğura 2023, 2024 və 2025-ci illərdə ardıcıl qalib gələn “Barselona”lı Aytana Bonmati imza atıb.
Putellas ötən mövsüm “Barselona”nın uğurlarında mühüm rol oynayıb. Kataloniya təmsilçisi qadınlar arasında UEFA Çempionlar Liqasını dördüncü dəfə qazanarkən, yarımmüdafiəçi turnirdə keçirdiyi 11 oyunda səkkiz qol vurub və yeddi məhsuldar ötürmə edib. Komanda, həmçinin İspaniya çempionluğu, ölkə kuboku və Superkuboku qazanaraq mövsümü dörd titulla başa vurub.
2022-ci ildə diz bağlarından aldığı ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan Putellas sonradan əvvəlki formasını bərpa edərək yenidən dünyanın ən yaxşı futbolçuları sırasına qayıdıb.
İspaniyalı oyunçu 2025-2026-cı il mövsümünün sonunda “Barselona”da keçirdiyi 14 illik karyerasını başa vuraraq “London City Lionesses” klubuna keçib. Bununla da o, hazırda İngiltərə Qadınlar Super Liqasında çıxış edərkən “Ballon d’Or” qazanan ilk futbolçu olub.


























































