AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
“Barselona” “Real”ı darmadağın edib Superkuboku qazandı
İspaniya Superkubokunun qalibi bəlli olub.
“Qafqazinfo”nun məlumatına görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş görüşdə “Real Madrid” və “Barselona” qarşılaşıb.
Oyun Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesabı beşinci dəqiqədə “Real”ın hücumçusu Kilian Mbappe açıb. “Barselona”nın cavab qolunu 22-ci dəqiqədə Lamin Yamal vurub. 36-cı dəqiqədə Levandovski Madrid təmsilçisinin qapıçısını məyus edib. “Barselona”nın braziliyalı futbolçusu Rafinya matçda dubla imza atıb. Aleks Balde isə klubunun 5-ci qolunu vurub.
“Kral klubu”nun heyətində isə 60-cı dəqiqədə Rodriqo fərqlənib.
Əlavə edək ki, “Barselona”nın qapıçısı Voyçex Şensnı 57-ci dəqiqədə meydandan qovulub.
Qeyd edək ki, “Barselona” İspaniya Superkubokunu ən çox qazanan klubdur. “Mavi qranatlar” bu mükafata 15, “Real” isə 12 dəfə yiyələnib.























































