Menu
Xəbər Lenti
15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

21 Oktyabr 2026 10:09Manşet / Dünya

Ebola bu ölkəyə də sıçradı

 

Nigeriya hökuməti paytaxt Abujada ilk təsdiqlənmiş Ebola virusu halını elan edib.

“Qafqazinfo” xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəlik Uqandadan qayıdan qadın vətəndaşda aşkar olunub.

Xəstə dərhal təcrid edilərək müalicəyə cəlb olunub.

Epidemioloji araşdırmalar çərçivəsində xəstə ilə təmasda olmuş 44 nəfər müəyyənləşdirilərək həkim nəzarətinə götürülüb. Ölkənin bütün sərhəd-keçid məntəqələrində sanitariya-karantin nəzarəti gücləndirilib.

Səhiyyə naziri Məhəmməd Pate əhalini sakitliyi qorumağa, gigiyena qaydalarına riayət etməyə və qızdırma, halsızlıq, baş ağrısı kimi simptomlar müşahidə edildikdə dərhal həkimə müraciət etməyə çağırıb.