Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı
Cənubi Koreyada aparılan yeni elmi tədqiqat probiotik əlavələrin Alzheimer xəstəliyi ilə bağlı erkən koqnitiv geriləmənin qarşısını almaqda və yaddaşı qorumaqda effektiv ola biləcəyini göstərib.
“Qafqazinfo” xəbər verir ki, “Journal of Alzheimer's Disease”də dərc olunan tapıntılar bağırsaq mikrobiotası ilə beyin sağlamlığı arasındakı sıx əlaqəni bir daha sübut edib.
Kvanqju Altsheymer Xəstəliyi və Əlaqəli Demensiyalar (GARD) araşdırma mərkəzinin mütəxəssisləri tərəfindən yürüdülən tədqiqata erkən koqnitiv pozğunluğu olan 87 yaşlı yetkin cəlb olunub. İştirakçılar iki qrupa bölünüb: bir qrupa 24 həftə boyunca gündəlik olaraq tərkibində üç faydalı bakteriya növü (Bifidobacterium animalis, Limosilactobacillus fermentum və Levilactobacillus brevis) olan “KL-P301” kodlu probiotik qarışığı, digər qrupa isə təsirsiz maddə (plasebo) verilib.
24 həftənin sonunda probiotik qəbul edən şəxslərin qan plazmasında Alzheimerin əsas indikatoru sayılan pTau181 zülalının səviyyəsində kəskin azalma qeydə alınıb. Qeyd edək ki, pTau181 beyin hüceyrələrinin fəaliyyətini pozan zərərli tau zülalı dolaşıqlarının göstəricisidir və adətən, demensiya simptomları üzə çıxmazdan əvvəl qanda yüksəlir.
Tədqiqat zamanı probiotik qrupundakı iştirakçıların Klinik Demensiya Reytinq Şkalasında və vizual-məkan yaddaşı testlərində də irəliləyişlər müşahidə edilib. Əlavə olaraq, probiotiklərin iltihab yaradan IL-1β sitokin səviyyəsini əhəmiyyətli dərəcədə azaltması onların iltihabəleyhinə təsir göstərdiyini ortaya qoyub.
Alimlərin fikrincə, zəif bağırsaq sağlamlığı qan-beyin baryerini zəiflədərək neyronların zədələnməsinə yol açır. Probiotiklər isə bağırsaq mikroflorasını tənzimləyərək, beyinə gedən mənfi iltihab siqnallarının qarşısını alır. Tədqiqatçılar bu metodun Alzheimerin erkən mərhələlərində qeyri-dərman müalicə üsulu kimi böyük potensiala malik olduğunu, lakin daha geniş insan qrupları ilə əlavə sınaqlara ehtiyac duyulduğunu bildiriblər.























































