Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Siqareti tərgitməyin ən təsirli üsulu tapıldı
Çinin Siçuan Universitetinin alimləri siqareti tərgitməyə kömək edən rəqəmsal proqramların effektivliyini araşdırıblar. “Nature Human Behavior” jurnalında dərc olunan araşdırma göstərib ki, ənənəvi proqramlara nisbətən fərdiləşdirilmiş və qrupa uyğunlaşdırılmış rəqəmsal müdaxilələr daha təsirli nəticə verir.
“Qafqazinfo” “MedicalXpress” portalına istinadən xəbər verir ki, tədqiqatçılar 152 klinik sınağı təhlil ediblər.
Nəticələrə görə, fərdiləşdirilmiş proqramlar siqareti tərgitmə şansını 1,86 dəfə artırır. Qrupa uyğunlaşdırılmış proqramlar isə daha yüksək nəticə göstərib (1,93 dəfə). Mətn mesajlarına əsaslanan müdaxilələr ən uğurlu texnologiya kimi seçilib.
Maraqlıdır ki, orta yaşlı şəxslər bu proqramlara gənclərə nisbətən daha yaxşı reaksiya verib. Qısa və orta müddətli proqramlar uzunmüddətli müdaxilələrdən daha təsirli olub.
Alimlər bildirirlər ki, bu nəticələr gələcəkdə texnologiyaya əsaslanan daha genişmiqyaslı və dayanıqlı siqaretlə mübarizə proqramlarının hazırlanmasına töhfə verə bilər. Lakin metodoloji fərqliliklər və uzunmüddətli izləmə məlumatlarının azlığı hələ də araşdırılmalı məqamlar olaraq qalır.























































