İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Din, uşaqların gələcəyi və seçim azadlığı
Yetkin insan öz dini inancını seçməkdə azaddır. Bəs hələ həyatın mahiyyətini dərk etməyən, dünyagörüşü formalaşmamış azyaşlı uşağın seçimi nə dərəcədə azaddır? Uşağa dini sevməyi öyrətməklə dini qorxuya çevirməyi, inancı aşılamaqla onun sərbəst düşünmək imkanını əlindən almağı bir-birinə qarışdırmayaq.
Hicab taxan qadına hörmətlə yanaşmaq ayrı məsələdir, azyaşlı uşağın dini geyimə yönləndirilməsi isə tamam başqa məsələ. Heç bir uşağın gələcəyi böyüklərin ideoloji mübarizəsinin predmetinə çevrilməməlidir. Uşaq əvvəlcə uşaq olmalıdır: oxumalı, oynamalı, dünyanı tanımalı, sual verməli, fərqli fikirlərlə tanış olmalı və müstəqil düşünməyi öyrənməlidir. Dini inanc isə qorxunun və məcburiyyətin deyil, şüurlu dərk və azad seçimin nəticəsi olmalıdır.
Din insanı mərhəmətə, ədalətə, vicdana və xeyirxahlığa çağırmalıdır. Heç bir inanc uşağın psixoloji inkişafından, təhsilindən və gələcəkdə öz həyatına dair qərar vermək hüququndan üstün tutulmamalıdır. Nə dinə qarşı çıxmaq, nə də uşaqların uşaqlığını əllərindən almaq doğrudur. Əsas məsələ uşağın hüquqlarını, şəxsiyyətini və gələcəyini qorumaqdır.![]()
Təəssüf ki, bu gün dinin arxasında gizlənərək şəxsi maraqlarını təmin edən, dini mənəvi dəyər olmaqdan çıxarıb qazanc mənbəyinə çevirən, inanc üzərindən biznes quran və insanları öz məqsədləri naminə yönləndirən şəxslərin mövcudluğunu da görməzdən gələ bilmərik. Dini dəyərlərdən sui-istifadə etmək, insanları cəhalətə sürükləmək və dini şüarlar altında qarşıdurmaya, iğtişaşa və inqilaba çağırmaq həqiqi mənəviyyatla uzlaşmır.
Həqiqi dindarlıq yalnız zahiri görünüşlə, geyimlə və ya səsləndirilən şüarlarla ölçülmür. İnsanın inancı onun davranışında, vicdanında, başqalarının hüquqlarına münasibətində, mərhəmətində və ədalətində özünü göstərməlidir. İslamın adından danışmaq hər kəsə başqalarının düşüncəsinə, həyatına və seçimlərinə müdaxilə etmək haqqı vermir.
Din insanları birləşdirməli, ayırmamalı; düşünməyə təşviq etməli, cəhalətə məhkum etməməlidir. Uşaqları dini mübahisələrin mərkəzinə çəkmək əvəzinə, onlara təhsil, azad düşüncə və sağlam dünyagörüşü qazandırmalıyıq.
Gəlin, dini istismar edənlərlə dinin mənəvi dəyərlərinə səmimi şəkildə bağlı olanları fərqləndirək. İnanca hörmət etmək insanın haqqıdır, uşağın gələcəyini qorumaq isə cəmiyyətin məsuliyyətidir. Çünki uşaqları qorumaq yalnız bu günü deyil, sabahımızı da qorumaq deməkdir.
Elmar Həsənli,
Politoloq-hüquqşunas






















































