ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu
Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti Baş katibinin seçilməsi ilə bağlı Təhlükəsizlik Şurasında keçirilən son gizli qeyri-rəsmi səsvermə nəticəsiz başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, təşkilatın 10 illik rəhbəri Antonio Quterreşin xələfini müəyyənləşdirmək üçün keçirilən səsvermədə 7 namizəddən heç biri Təhlükəsizlik Şurasının veto hüququna malik 5 daimi üzvünün (ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa) hamısının dəstəyini qazana bilməyib.
Şuranın 15 üzvünün iştirak etdiyi səsvermədə bu dəfə daimi üzvlərin mövqeyini fərqləndirmək üçün xüsusi qırmızı bülletenlərdən istifadə olunub. Diplomatik mənbələrin verdiyi məlumata görə, ən çox səs toplayan üç əsas namizəd - Kosta-Rikadan olan BMT rəsmisi Rebeka Qrinspan, Argentinadan olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi və Qayananın BMT-dəki səfiri Karolin Rodriqes Birkett hərəsi daimi üzvlərdən ən azı 2 mənfi rəy alıblar.
Diplomatik ənənəyə görə növbəti Baş katib postunun Latın Amerikası regionuna verilməsi və təşkilatın tarixində ilk dəfə qadın rəhbərin seçilməsi gözlənilir. Lakin Vaşinqton əsas meyarın regional rotasiya deyil, peşəkarlıq olduğunu bildirir.
Mövcud namizədlərin heç birinin səs ala bilməməsi fonunda prosesə tamamilə yeni namizədlərin qoşulacağı gözlənilir. Növbəti qeyri-rəsmi səsvermə gələn həftə keçiriləcək və ilin sonunadək yekun qərar veriləcək.






















































