ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Gəncədə qanunsuz tikinti işləri araşdırılır
Gəncə şəhərində müvafiq icazəverici sənədlər olmadan aparılan tikinti işlərinə qarşı nəzarət tədbirləri davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, növbəti monitorinq zamanı şəhərin Cavadxan qəsəbəsində, Ə. N. Gəncəvi küçəsində qanunsuz tikililər, N. Əhmədov küçəsində isə qanunsuz quraşdırılmış dəmir konstruksiya aşkarlanıb.
Aşkar edilmiş qanunsuz tikintilərlə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında şəhər ərazisində tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılmış komissiyanın üzvləri, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
Şəhər ərazisində qanunsuz tikinti hallarının qarşısının alınması məqsədilə monitorinqlərin bundan sonra da mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.



























































