İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
"İnanc bəhanə, uşaqlar vasitə, məktəb qarşıdurma meydanı olmamalıdır!"
"Məktəblərdə baş verənlər bir daha göstərdi ki, söhbət təkcə geyimdən, yaylıqdan, inancdan getmir. Məktəb meydan deyil, təhsil ocağıdır. Uşaq ideoloji mübarizənin aləti yox, gələcəyin sahibidir".
Bunu Qaynarinfo-ya açıqlamasında yazar-jurnalist Şəfəq Ağacan məktəblərdə yaşanan hadisələrə münasibət bildirərkən deyib.
Jurnalist qeyd edib ki, məktəblərdə yaranan qarşıdurmalar faktlarla təsdiqlənərsə, məsələnin arxasında hansı niyyətlərin dayandığı barədə ciddi suallar ortaya çıxır:
"İnanc insanın vicdanında yaşayar, dövlətə qarşı qarşıdurma yaratmaq üçün vasitəyə çevrilməz! Heç kimin dini inancına hörmətsizlik etmək olmaz. Amma dini hisslərdən istifadə edərək uşaqları qarşıdurmanın ortasına atmaq, təhsil mühitində gərginlik yaratmaq, qanun qarşısında məsuliyyəti unutmaq da qəbuledilməzdir".
Şəfəq Ağacan vahid məktəbli forması ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, dövlətin məqsədi təhsil mühitində vahid qayda yaratmaqdırsa, buna hörmət edilməlidir:
"Narazılıq varsa, onun yolu dağıdıcılıq, təhqir və qarşıdurma deyil, hüquqi müstəvidə müzakirədir. Dövlətçilik hissi yalnız bayraq qaldıranda deyil, dövlətin qanunlarına hörmət edəndə də görünür".
Jurnalist uşaqların hansı dəyərlər əsasında tərbiyə olunmasının vacibliyini də vurğulayıb:
"Məni ən çox düşündürən budur: övladlarımızı hansı düşüncə ilə böyüdürük? Onlara qanuna hörmət etməyi, fərqli fikirlə dinc yaşamağı öyrədirik, yoxsa hər qaydanı qarşıdurma səbəbinə çeviririk?"
Şəfəq Ağacan bildirib ki, dövlətə sevgi kor-koranə itaət kimi qəbul edilməməlidir:
"Dövlətə sevgi onun sabitliyini, qanunlarını, gələcəyini qorumaq məsuliyyətidir. İnanc bəhanə, uşaqlar vasitə, məktəb qarşıdurma meydanı olmamalıdır! Millət olaraq ən böyük bəlamız fərqli düşünmək deyil, düşünmədən başqalarının ardınca getməkdir".






















































