Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Yedikləriniz əhvalınıza təsir edirmiş
Gündəlik rasion və qida seçimləri insanın emosional vəziyyətinə və psixoloji sağlamlığına birbaşa təsir göstərir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Zöhrə Pavlova öz teleqram kanalında məlumat paylaşıb.
Mütəxəssisin sözlərinə görə, qidanın əhval-ruhiyyəyə təsiri xüsusi eksperiment zamanı sübut olunub.
Araşdırma çərçivəsində depressiya və maddələr mübadiləsi pozuntusu olan şəxslərə yarımfabrikat qidaların qəbulunu 85 faiz azaltmaq tapşırılıb. Bu müddətdə iştirakçıların qəbul etdiyi dərmanların dozası, fiziki aktivlik səviyyəsi və yuxu rejimi dəyişməz olaraq qalıb.
Sınağın nəticəsində diaqnostik şkalalar üzrə həmin şəxslərin depressiya və təşviş göstəricilərində hiss olunacaq dərəcədə azalma qeydə alınıb.
Z. Pavlova bildirib ki, bu effekti qidalanmanın bağırsaq mikroflorasına və mərkəzi sinir sisteminə olan təsiri ilə izah etmək mümkündür.
“Əgər daha az təşviş keçirmək və özünüzü daha gümrah hiss etmək istəyirsinizsə, ilk növbədə rasionunuza yenidən baxmağınız məsləhətdir”, - deyə endokrinoloq vurğulayıb.























































