Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
ZAHİD HƏBİBOĞLU — 55
Azərbaycan mətbuatında öz dəst-xətti, araşdırmaçı jurnalist mövqeyi, publisistik yazıları və satirik qələm nümunələri ilə tanınan Azərbaycan Jurnalistlər Birliyinin üzvü Zahid Həbiboğlunun (Səmədov) 55 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə tanınmış jurnalistlər, şairlər və ədəbi ictimaiyyətin nümayəndələri iştirak edərək yubilyarın şərəfli yaradıcılıq yolundan, mətbuat sahəsindəki fəal xidmətlərindən və prinsipial ictimai mövqeyindən söz açıblar.Tədbirin aparıcısı — Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ulusestv.az saytının rəhbəri Şamil Cəfərli çıxışında Zahid Həbiboğlunun jurnalist fəaliyyətinə geniş nəzər salıb. O, yubilyarın Azərbaycan mətbuatına verdiyi töhfələrdən, publisistik yaradıcılığından və ədəbi mühitdəki xüsusi mövqeyindən bəhs edib. Şamil Cəfərli bildirib ki, jurnalistikanın əsas vəzifələrindən biri cəmiyyətdə baş verən hadisələrə obyektiv yanaşmaq, ictimai əhəmiyyət daşıyan məsələləri diqqətdə saxlayaraq sözün gücü ilə insanları düşündürməkdir. Zahid Həbiboğlunun yazılarında da məhz bu istiqamət özünü bariz şəkildə göstərir.Aparıcı xüsusilə yubilyarın böyük Azərbaycan satiriki Mirzə Cəlil Məmmədquluzadənin ədəbi irsinə istinadən qələmə aldığı satirik məktublara diqqət çəkib. Qeyd olunub ki, bu yazılarda cəmiyyətdəki nöqsanlar, sosial problemlər, laqeydlik və müxtəlif ictimai qüsurlar dərin satirik üslubda təqdim edilir. Müəllifin Mirzə Cəlilə müraciət etməsi, əslində, klassik satira ənənələrinə müasir dövrün problemləri prizmasından yanaşmaq və fəal vətəndaş mövqeyi ortaya qoymaq cəhdidir. Satira yalnız güldürmək vasitəsi deyil, həm də düşündürmək, suallar doğurmaq və cəmiyyəti öz nöqsanları ilə üz-üzə qoymaq üsuludur. Bu baxımdan, Zahid Həbiboğlunun satirik məktubları onun ictimai mövqeyini ifadə edən yaradıcılıq nümunələri sırasında xüsusi yer tutur.Tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin üzvü, XəzərTV.info saytının baş redaktoru Fərid Faiqoğlu da çıxış edərək yubilyarın jurnalist kimi fəaliyyətinə, mətbuatda tutduğu mövqeyə və yaradıcılıq xüsusiyyətlərinə münasibətini bildirib, ona yeni-yeni uğurlar arzulayıb. Çıxış edənlər arasında Çingiz Xasay oğlu, şair Yaşar Həsənli və İbad Xasay oğlu da olub. Onlar Zahid Həbiboğlunun 55 illik yubileyi münasibətilə səmimi ürək sözlərini bölüşüb, onun yaradıcılığına və ədəbi-publisistik fəaliyyətinə dair dəyərli fikirlərini ifadə ediblər.
Ulusestv.az





















































