Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Bugün, 10:30

Neftimiz bahalaşdı

Yenidən trilyonçu oldu
6-10-2026, 15:12

Yenidən trilyonçu oldu

08 Oktyabr 2026 09:44Manşet / Dünya

Sevgilisini və 3 uşağını öldürüb intihar etdi

 

Meksikanın Nuevo-Leon ştatında sosial media fenomeni Sintya Abigail Tamez Rivera sevgilisi və üç uşağı ilə birlikdə ölü tapılıb.

“Qafqazinfo” xəbər verir ki, prokurorluğun ilkin araşdırmasına görə, Tamez əvvəlcə sevgilisi Leodeqario Moya Qarsanı və iki oğlunu güllələyib, daha sonra üçüncü oğlunu öldürərək eyni silahla intihar edib.

Hadisə Montemorelos şəhərində baş verib. Tamez və 2 yaşlı oğlu Qustavo avtomobildə, Leodeqario Moya Qarsa və digər iki uşaq – Bruno və Kristian isə təxminən 400 metr aralıdakı evdə tapılıb.

İlkin məlumatlara görə, Bruno və Kristian atalarına qarşı silah səslərini eşitdikdən sonra qonaq otağındakı divanın arxasında gizləniblər. Hər iki uşağın güllə yaralarından öldüyü müəyyən edilib.

Prokurorluq hadisədən əvvəl evdə cütlük arasında mübahisə baş verdiyini açıqlayıb. Hadisə zamanı spirtli içki qəbul edilməsi ehtimalı da araşdırılır.

İstintaq zamanı Tamez və kiçik oğlunun olduğu avtomobildən 38 kalibrli tapança götürülüb. Ekspertiza silahdan çıxan gilizlərlə evdə tapılan gilizlər arasında uyğunluq müəyyən edib.

70 mindən çox izləyicisi olan Tamezin ölümündən bir neçə saat əvvəl sosial media hesabında qəzəb və qisas məzmunlu paylaşım etdiyi də bildirilib.

Prokurorluq təhlükəsizlik kameralarının görüntülərini, şahid ifadələrini, ballistik ekspertiza nəticələrini və digər sübutları araşdırır. Qətllərin motivi ilə bağlı yekun nəticə hələ açıqlanmayıb.