“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Əhəd ABIYEV Əli Kərimli ilə bağlı SENSASİON FAKTLARI AÇIQLADI – MÜSAHİBƏ
Daşkəsən Rayon İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyevin 2018-ci ildə ciddi faktlarla çıxış etdiyi videomüraciəti son günlər sosial şəbəkələrdə yenidən gündəmə gəlib. Sabiq icra başçısının müxtəlif ciddi məsələlərlə bağlı fikirlər səsləndirdiyi sözügedən video sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.
Videoda Əhəd Abıyev AXCP-nın sədri Əli Kərimlinin yaxın qohumlarının qanunsuz əməllərini faktlarla ifşa edib. Onların külli miqdarda vəsaiti Texnika Bankdan mənimsəyərək Londonda biznes şəbəkəsi qurmaları ilə bağlı faktları ictimaiyyətin diqqətinə çatdırıb.
Qeyd edək ki, Əhəd Abıyev uzun müddətdir mətbuatdan uzaq dayanaraq müsahibələrdən yayınırdı. Lakin onun son dövrlərdə hansı fəaliyyətlə məşğul olması cəmiyyət üçün böyük maraq doğurur.
Bu marağı nəzərə alaraq Əhəd Abıyevlə çətinliklə də olsa, əlaqə saxladıq. Sabiq icra başçısının Bizim.Media-ya müsahibəsini olduğu kimi təqdim edirik:
- Əhəd müəllim, sizi uzun müddətdir efirlərdə və mediada görmürük. Səhhətiniz necədir? Hazırda nə ilə məşğulsunuz?
- Yaxşıyam, təşəkkür edirəm. Səhhətim əladır. Başım nəvələrə qarışıb. Allah verən ömrü yaşayıram.
- Əhəd müəllim, bildiyiniz kimi bu günlərdə YAP-ın qurultayı keçirildi...
- Bu qurultay sadəcə növbəti siyasi tədbir deyil, Azərbaycanın keçdiyi böyük inkişaf yoluna və qarşıdakı hədəflərə bir daha nəzər salmaq baxımından mühüm hadisədir.
Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışını çox böyük diqqətlə dinlədim. Dövlətimizin başçısının hər bir çıxışında olduğu kimi, bu dəfə də Azərbaycanın gələcəyi, dövlətçilik maraqları və qarşıda duran vəzifələrlə bağlı çox mühüm mesajlar səsləndirdi.
Bu gün Azərbaycan tamamilə fərqli siyasi və tarixi reallıq içərisindədir. Ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib və bütün bunlar cənab Prezidentin uzaqgörən siyasətinin nəticəsidir.
Qurultayda yeni İdarə Heyətinin və digər rəhbər strukturların müəyyənləşdirilməsi isə partiyanın qarşısında yeni mərhələnin açıldığını göstərir. Yeni seçilən hər bir həmkarımı ürəkdən təbrik edir, onlara bu məsul və şərəfli vəzifə fəaliyyətlərində uğurlar arzulayıram.
Cənab Prezidentin rəhbərliyi ilə qarşıdakı illərdə Azərbaycanı daha böyük uğurlu nailiyyətlər gözləyir. Bizim də borcumuz bu siyasəti dəstəkləmək, ölkəmizin inkişafına öz töhfəmizi vermək və dövlətimizin qarşısında dayanan vəzifələrin həyata keçirilməsi üçün əlimizdən gələni etməkdir.
- Sizin Əli Kərimli ilə bağlı vaxtilə parlamentdə səsləndirdiyiniz fikirlər son günlərdə yenidən gündəmə gəlib, geniş müzakirələrə səbəb olub. İlk olaraq həmin dövrə qayıdaq: 2003-ci ildə Milli Məclisdə olan və 2018-ci ildə Əli Kərimli ilə bağlı səsləndirdiyiniz ittiham və fikirlərin əsasını hansı faktlar təşkil edirdi?
- Məlum olduğu kimi, 2018-ci ildə ölkədə keçirilən Prezident seçkiləri ərəfəsində Əli Kərimlinin həyat yoldaşı Samara Seyidovanın bacısı Aytən Seyidovanın əri, anası erməni əsilli Tunis vətəndaşı kimi tanınan Seyfəddin Kanyonn (Seyfəddin bin Əbdüləziz) ilə birlikdə dövlətçiliyimizə qarşı qərəzli, böhtan xarakterli məlumatları məqsədli şəkildə təşkil etdirərək kütləvi informasiya vasitələrində yaydırıblar. Həmin bu erməni əsilli şəxsin cinayət əməlləri barədə həqiqəti əks etdirən çoxsaylı faktlarla, təsdiqedici sənədlərlə ifşaedici videogörüntülü çıxışımla çox mühüm, ciddi məsələlərə aydınlıq gətirərək bildirmişəm ki, bu şəxs Əli Kərimlinin İngiltərədə olan əsas maliyyə mənbəyidir. Qeyd olunan çıxışlarımın geniş formatda video görüntüsü ölkəmizin hüquq-mühafizə orqanlarına verilmişdir.
2003-cü ildə prezident seçkiləri ərəfəsində, Ulu Öndərimiz Ankarada Gülhanə xəstəxanasında müalicə aldığı dövrdə Milli Məclisdə müzakirə zamanı Əli Kərimli həqiqətə uyğun olmayan, avantürist, əsassız, qərəzli çıxışları ilə hakimiyyətə gələcəkləri barədə "Azadlıq" qəzetində dərc olunan yazısında özünü prezidentliyə ən şanslı, layiqli namizəd kimi təqdim edən, müxalifətin dırnaqarası “lideri” olan bu ünsürün çıxışına qarşı qətiyyətli, kəskin mövqeyimi bildirdim. Onun Milli Məclisdəki çıxışına və "Azadlıq" qəzetindəki cəfəngiyyat olan yazısına cavab olaraq Əli Kərimlinin əsl gerçək simasını, Dövlətə və Vətənə qarşı xəyanət edən siyasi oyunbazın xaricdən dəstək almasını, çirkin mahiyyətini dərhal çıxışımda açıqlayaraq onu ifşa edib, cəmiyyətə bildirdim.
- Həmin dövrdə 2003-cü ildə Milli Məclisdə də qalmaqallı bir çıxışınız olmuşdu. Əli Kərimlinin ünvanına kifayət qədər sərt mövqe ortaya qoymuşdunuz. Həmin çıxışınıza səbəb olan konkret hadisə nə idi və o zaman hansı məqamları ictimaiyyətə çatdırmaq istəyirdiniz?
- Bəli, Əli Kərimli vaxtilə Prezident Aparatında, dövlət katibi vəzifəsində işləyərkən həyat yoldaşı Samirə Seyidovanı aparatda şöbə müdirliyinə məcburi təyin etdirərək oradakı iki nəfər işçini şərləyərək, onlara böhtan ataraq həbs etdirmişdi. İllər keçdikdən sonra müxalifət lideri kimi Bakı şəhərində qanunazidd mitinq keçirərkən üstündə qanunsuz silah gəzdirdiyinə görə Əli Kərimli həbs edilib Bayıl həbsxanasına gətiriləndə 106-cı kamerada həmin tutulan şəxslər ona təcavüz etdiklərini təsdiqləmişdilər. Bu məlum olan məsələni də Milli Məclisdə çıxışımda bəyan edərək bildirdim ki, həqiqəti əks etdirən belə ciddi fakta görə Əli Kərimlinin prezident seçkilərində iştirak etməsi milli maraqlara zidddir və yolverilməzdir. Öz kimliyini bilən bədbəxt niyyətli Əli Kərimli Milli Məclisdən getdi, bir daha parlamentə qayıda bilmədi.
Müəyyən zaman keçdikdən sonra 2003-cü ildə Milli Məclisdəki çıxışlarımda qaldırdığım faktlar tam öz təsdiqini tapdı. Həmin xəyanətkar ünsürlər - Əli Kərimli və uzun müddət onun yaxın havadarı olan Ramiz Mehdiyev dövlətə xəyanət etdiklərinə görə hazırda həbs olunublar. Vaxtilə barələrində Milli Məclisdə çıxış edərək dediyim ciddi məsələlər ilə faktlar üst-üstə düşdü, həmin ünsürlər bu gün dövlətə, Vətənə xəyanətkar əməllərinə görə cavab verirlər.
- İllər əvvəl yerli mətbuata açıqlamanızda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olduğunuz dövrdə barənizdə məqsədli qarayaxma kampaniyası aparıldığını bildirmişdiniz. Həmin kampaniya necə baş verdi və prosesin arxasında kimlər dayanırdı?
- İcra başçısı olduğum illərdə Daşkəsəndə görülən geniş abadlıq və quruculuq işlərinə, eləcə də işgüzar nüfuzuma kölgə salmaq məqsədi ilə mənim barəmdə şər, böhtan xarakterli, qərəzli məlumatlar yazdırılmışdı.
Belə ki, parlamentdən qovulub uzaqlaşdırılan ünsür Əli Kərimli və onun havadarı Ramiz Mehdiyev öz vəzifəsindən sui-istifadə edərək, 2003-cü ildə Əli Kərimli bağlı və 2018-ci ildə onun bacanağı “kanyon Seyfəddin” ilə bağlı açıqlamalarıma görə məndən qisas almaq məqsədi ilə xüsusi göstəriş və tapşırıqlar veriblər. Həmin tapşırıqlara əsasən onlar Daşkəsən rayonunda çirkin niyyətli işlərini həyata keçirmək istəyiblər.
Bu məqsədlə özlərinə yaxın, maliyyələşdirdikləri jurnalistləri, reket mətbuat nümayəndələrini, radikal blogerləri kampaniyaya cəlb edərək böhtan xarakterli qərəzli fəaliyyətə başlayıblar. Heç bir ali təhsili olmayan, altıncı sinfi bitirmiş, dələduz və tüfeyli həyat tərzi keçirən, guya keçici qotur xəstəliyi olması barədə saxtakar Əli Kərimlinin vasitəsi ilə həqiqi hərbi xidmətdən yayınan, AXCP-nin Daşkəsən rayon şöbəsinin sədri təyin etdirdiyi dələduz fırıldaqçı, rayonda mal oğrusu kimi ifşa olub tanının Sahib Məmmədzadəni də özlərinin bu çirkin işə cəlb ediblər. Onun vasitəsi ilə guya Daşkəsən rayonunda mənimlə bağlı tamamilə uydurma, guya insanların həyat şəraitinin pis olması kimi şər-böhtan xarakterli çoxsaylı qərəzli çıxışları, videosüjetləri sosial şəbəkələrdə, xaricdəki radikal internet kanallarında yaydırmışdılar.
AXCP-nin Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadə onunla birgə olan radikal blogerlər Kərimov Teymur və Rzayev Osman yaxın qohumları ilə müxalifyönlü youtube kanallarında barəmdə yayımlanan, mənim işgüzar nüfuzuma xələl gətirən əsassız, şər-böhtan, qərəzli yazılı çıxışları ilə bağlı bu şəxsləri Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə qanuni müraciət etdikdən sonra həmin videoda yayılan və yazılanlara dərhal özləri təkzib vermişdilər. Daşkəsən Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin nəzarəti ilə DİN-in məsul vəzifəli şəxsləri bu məsələ ilə bağlı Daşkəsən rayonunda olmuş, yazılan müraciətlərdəki adıçəkilən şəxslərin iltizamlarını polis şöbəsində almış və onlara ciddi xəbərdarlıq edərək polis şöbəsində nəzarətə götürmüşdülər.
- Siz həmin kampaniyanın arxasında Əli Kərimli və Ramiz Mehdiyevin dayandığını bildirdiniz. Bununla bağlı konkret faktlar varmı?
- Sonralar da edilən xəbərdarlıqlara baxmayaraq AXCP-nin rayon şöbəsinin sədri Sahib Məmmədzadə xaricdən idarə olunan blogerlərin kanallarına şəxsən Əli Kərimli vasitəsilə yenidən radikal müxalifətin sosial şəbəkələrinə şər və böhtan xarakterli yazılar ötürüb. Əli Kərimli şəxsən özü 2023-cü ilin iyun ayında xaricdəki internet kanallarında və sosial şəbəkə platformalarında Daşkəsən əhalisini hakimiyyətə qarşı açıq-aşkar iğtişaşa, yürüşə çağırıb. O dəfələrlə Daşkəsən rayonunda AXCP üzvləri ilə birgə Xoşbulaq kəndində Sahib Məmmədzadənin evinə gələrək orada görüşlərini keçirib və onun vasitəsilə qərəzli bəyanatlar təşkil edib, qarşıdakı seçkilərdə Əli Kərimlinin prezidentliyə namizədliyinə səs verilməsinə çağırış edərək, eləcə də 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərinə hazırlıq işləri aparırdılar.
Əli Kərimli ilə birgə Daşkəsən Rayon Xoşbulaq kəndində keçirilən görüşlərin təsdiqedici video və fotoşəkilləri var. Bu barədə rayon icra hakimiyyətinin başçısı kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də ayrı-ayrı nazirliklərə, dövlət qurumlarına çoxsaylı yazılarla müraciət etmişəm.
- Bu prosesin məntiqi davamı kimi həmin şəxslərlə bağlı məhkəmə qərarları da qəbul olunub. Həmin məhkəmə çərçivəsində sizin səsləndirdiyiniz fikirlər təsdiqini tapdımı?
- Sonralar həmin şəxslərin təşkil etdiyi kampaniyaların fəal üzvləri cinayət məsuliyyətinə cəlb olduqları zaman istintaqda yazılı izahatlarında həmin yazıların Əli Kərimlinin vasitəsilə təşkil olunduğunu etiraf edərək, üzr istədilər. Lakin məhkəmənin qərarı ilə radikal müxalifətçi Kərimov Teymur Meydan oğlu 6 il, AXCP-nin Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadə 6 il 6 ay, Rzayev Osman Nəriman oğlu 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar hazırda cəzaçəkmə müəssisələrində cəzalarını çəkirlər.
Vaxtilə onlar Əli Kərimlinin təşkilatçılığı ilə məqsədli şəkildə qərəzli, böhtan xarakterli və əsassız məlumatlar yayır, video çıxışlar təşkil edir, vəzifəli şəxslərin ünvanına nalayiq ifadələr səsləndirməklə hədə-qorxu gəlirdilər. Xarici radikal blogerlərlə sıx əməkdaşlığın qurulmasında təşkilatçı rolunu Əli Kərimli və onun havadarı Ramiz Mehdiyev oynayırdı.
Əli Kərimli və havadarı Ramiz Mehdiyev həbs olunduqdan sonra vaxtilə Daşkəsəndə onların təşkilatçılığı ilə yaradılan kampaniyanın fəal üzvləri - hazırda həbsdə olan həmin şəxslərin özləri və valideynləri – sözügedən əməlləri etiraf edərək müraciət edib kömək istəyirlər. Həmin şəxslər bildirirlər ki, bütün bu cinayət əməllərinə onları sövq edən Əli Kərimli olub. Onlar Daşkəsəndəki cinayət əməlləri ilə bağlı xüsusi göstəriş verən, gizli görüşlər təşkil edən riyakar, satqın Əli Kərimlinin və onun havadarı Ramiz Mehdiyevin həqiqətən vətənə xəyanət etdiyini başa düşüb, onlara ən layiqli cəza verilməsini tələb edirlər.
- Uzun illər dövlət idarəçiliyində müxtəlif vəzifələrdə çalışmısız. Əvvəl Milli Məclisin deputatı, daha sonra isə icra başçısı kimi... Dövlət idarəçiliyində böyük təcrübəsi olan tanınan ziyalı ictimai siyasi xadim kimi bu gün ölkədə və regionda baş verən prosesləri necə dəyərləndirirsiniz?
- Ölkəmizin bütün istiqamətlər üzrə yüksələn xətlə inkişafı, beynəlxalq mövqeyinin möhkəmlənməsi, dünya arenasındakı siyasi nüfuzunun sürətlə artması, Möhtəşəm Qarabağ Zəfərimiz, tarixi ədalətin bərpası, daxili və xarici ictimai-siyasi sabitliyin təmin olunması, ərazi bütövlüyümüzün tam bərpası ilə yeni tarixi dövrdə Ümummilli Lider Heydər Əliyevin Böyük dövlətçilik ideyaları yaşayır, Müzəffər Ali Baş Komandan cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimiz güclənərək uğurlu inkişaf və tərəqqi yolunda inamla irəliləyir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük əzmlə apardığı uğurlu daxili və xarici siyasətin alternativsizliyinə olan inamım sarsılmazdır.
Möhtərəm Prezidentimiz cənab Ali Baş Komandan İlham Əliyevin 2011-ci il 23 fevral tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 13 il qüsursuz çalışıb sədaqətlə fəaliyyət göstərməyim yüksək inamın nəticəsidir. İşlədiyim müddətdə rayonun bütün sahələrində quruculuq və abadlıq işləri aparılmış, nəticədə Daşkəsən inkişaf etmiş rayonlardan birinə çevrilmişdir. Əlbəttə ki, görülən bütün işlər Qalib Ali Baş Komandan Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmişdir.
Bir daha vurğulamaq istəyirəm ki, YAP-ın fəal üzvü kimi, aktiv fəaliyyətimdə möhtərəm Prezidentimizin apardığı məqsədyönlü uğurlu siyasətə dövlətçilik prinsipinə, aparılan daxili və xarici siyasətin dəstəklənməsinə bütün ömrüm boyu, Müzəffər Ali Baş Komandanın bir əsgəri kimi sadiq qalacağıma söz verirəm.
Bizim.Media






















































