18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
12 il Daşkəsənin icra başçısı işləmiş Əhəd Abıyevin özünə və yaxınlarına məxsus olduğu deyilən əmlakların siyahısı yayılıb.
“Qafqazinfo” xəbər verir ki, milyonlarla dəyəri olan həmin əmlaklara lüks evlər, villalar, hotel və istirahət mərkəzləri daxildir.
Bakının Nəsimi, Nərimanov, Səbail rayonlarında yerləşən evlər, o cümlədən Badamdar qəsəbəsində üç villa, Milyonerlər məhəlləsi kimi tanınan Məmməd Araz küçəsində evlər, Qaxda, Nabranda, Xaçmazda, Qubada, Masallıda istirahət mərkəzləri, hotellər, bazar, çoxsaylı obyektlər və Daşkəsən və başqa rayonlarda böyük torpaq sahələri… Ümumilikdə isə həmin əmlakların sayı 40-dan çox göstərilir.
Sözügedən əmlakların həqiqətən Əhəd Abıyevə aid olub-olmadığını öyrənmək üçün özü ilə əlaqə saxladıq. 68 yaşlı eks-icra başçısı “Qafqazinfo”nun sualını eşidər-eşitməz yazılanların uydurma olduğunu, onu istəməyən şəxslər tərəfindən qərəzli şəkildə yayıldığını deyib. Abıyevin saytımıza açıqlamasına görə, rəhbərlik etdiyi rayon bu qədər əmlak qazanmaq üçün çox kasıb bir yer olub: “Başa düşmürəm, haradandır məndə hotellər, evlər, villalar? Mən yatmağa-durmağa yer axtarıram. Daşkəsənin icra başçısı olmuşam da, orada nə var? Mən Lənkəranın, Masallının, ya Gəncənin icra başçısı olmamışam e, Daşkəsənin olmuşam. Dağlıq ərazidir, ancaq Xoşbulaq kəndi idi, ora da Daşkəsənin Siciliyası idi. İmkanlı adamlar yaylağa gəlirdilər, hərəsi bir ev almışdı. Kimə nə deyəsən orada? Biri var idi, nə isə deyən kimi deyirdi ki, lazım olar Əhəd Abıyevi 10 dəqiqəyə tutduraram. Qaldı ki, Daşkəsəndə çox şeyi mən eləmişəm.
10 mini olanın atasına lənət. Hamısı məndən pul almaq üçün yazılan şeylərdir. Əvvəllər bəzi adamlar var idi məndən pul alırdı, sakit idilər. İndi yenə başlayıblar. Pensiyada olan adamam, nə verəcəyəm?! İki il əvvəl də yazdılar, məhkəməyə verdim, təkzib yaydılar. Allaha and olsun, heç yerə də getmirəm, evimdə oturmuşam. Lap belə də ki, istirahətə getmişəm. Nə olsun, Əhəd Yessentukiyə, Roqaşkaya ya başqa yerə istirahətə gedə bilməz? Mənim o boyda xidmətlərim olub. Dezertirəm, nəyəm, nə olub ki, mənə?”

Əhəd Abıyevin dediyinə görə, icra başçısı işlədiyi dövrdə onun artıq pul qazanması mümkünsüz olub. Eks-məmur buna əsas səbəbi Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə mübarizəni göstərib: “Kasıb bir rayonda Ramiz Mehdiyevlə vuruşa-vuruşa icra başçısı işləmişəm. Ramiz Mehdiyev heç mənə 1 manat pul qazanmağa imkan vermirdi. Əksinə günü-gündən adamları göndərib məni yoxlatdırırdı. 2003-cü ildən onunla vuruşmuşam, əlindən nə pislik gəlibsə, edib”.
Qeyd edək ki, Əhəd Abıyev 2011-2023-cü illərdə Daşkəsənin icra başçısı, daha əvvəllər isə Milli Məclisin depuatı olub.
Sail Ağasəlim






















































