Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sovet dövründən sahibsiz qalmış əmlakların taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda sovet dövründən qalan bəzi sahibsiz əmlakların özəlləşdirilməməsinin səbəbləri açıqlanıb.
“Report” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev jurnalistlərə açıqlamasında belə əmlakların sayının az olduğunu deyib
“Onların özəlləşməməsinin bir səbəbi investorların həmin əmlaklara maraqlarının olmamasıdır. 20 ildən çoxdur onlar özəlləşməyə açılsa da, heç bir investorun marağını çəkməyib. İkinci səbəb, Bakının gələcək inkişafı ilə bağlıdır. Əvvəllər gözləyirdik ki, Bakının Baş planı təsdiq olunsun və Baş plana uyğun həmin obyektlərin yerləşdiyi ərazilərin təyinatı, ərazidə hansı obyektlərin yaradılacağı müəyyən edilsin. Artıq Baş plan təsdiq olunub və ona uyğun olaraq həmin müəssisələrlə bağlı müvafiq qərarlar qəbul olunacaq, biz də bu qərarları icra edəcəyik”, - deyə M. Eynullayev bildirib.























































