Menu
Xəbər Lenti
Bu ərazilərdə qaz olmayacaq
30-09-2026, 08:36

Bu ərazilərdə qaz olmayacaq

Nazir görüş keçirdi
29-09-2026, 12:03

Nazir görüş keçirdi

02 Oktyabr 2026 11:47Manşet / Gündəm

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.

Yeni hüquqi şəxs 19 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçotu idarəsində dövlət qeydiyyatına alınıb.

Məlumata görə, “SOCAR Balakhani” MMC-nin nizamnamə kapitalı 1 000 manat müəyyən edilib. Şirkətin baş icraçı direktoru vəzifəsinə Bağırov Natiq Orucqulu oğlu təyin olunub.

Müəssisənin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121, AZ1029 olaraq göstərilir.

Yeni şirkətin yaradılması SOCAR-ın fəaliyyət istiqamətləri çərçivəsində növbəti strukturlaşma addımlarından biri kimi diqqət çəkir.

Xüsusi qeyd: Natiq Bağırov 1978-ci ildə anadan olub. 2000-ci ildə ADNSU-nu bakalavr, 2002-ci ildə magistr dərəcəsini bitirib. 2007-ci ildə Phd müdafiə edib. Geologiya mineralogiya elmlər namizədidi. 2019-cu ildə ölkə prezidentinin səracamı ilə Tərəqqi medalı alıb.  Neft sənayesinin inkişafında xidmətlərinə görə. 20-yə yaxın elmi məqalənin müəllifidir. SOCAR Upstream Management İntetnational şirkətində İcraçı dırektorun müavini və aktivlərin idarə olunması üzrə direktor vəzifəsində çalışır.

Hörmətli Natiq Bağırov, “SOCAR Balakhani” MMC-nin baş icraçı direktoru vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, yeni vəzifənizdə uğurlar arzulayırıq. Sizə möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətinizdə böyük nailiyyətlər, qarşıya qoyulan vəzifələrin layiqincə həyata keçirilməsini, kollektivinizlə birlikdə uğurlu nəticələr əldə etməyinizi diləyirik.

Yeni vəzifəniz mübarək olsun!



Fərid Səfərov

Xezertv.info-nun rəhbəri

AJB-nin üzvü