“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Gənclər üçün şəxsi inkişaf təlimləri keçirilib
“Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 2026-cı il ərzində gənclərin şəxsi və peşəkar inkişafının dəstəklənməsi, onların əmək bazarına hazırlığının gücləndirilməsi, liderlik və komanda işi bacarıqlarının inkişaf etdirilməsi, eləcə də dünyagörüşlərinin genişləndirilməsi məqsədilə müxtəlif təlim və maarifləndirici fəaliyyətlər həyata keçirilib.
Keçirilən təlimlər çərçivəsində gənclərə “Müsahibəyə hazırlıq və düzgün CV hazırlanması”, “Vaxtın düzgün idarə edilməsi”, “Komanda işi və liderlik simulyasiyası” və “Uğur təsadüf deyil” kimi mövzularda nəzəri və praktiki biliklər təqdim olunub. Təlimlər zamanı iştirakçılar effektiv CV hazırlamaq, iş müsahibələrinə düzgün hazırlaşmaq və özlərini peşəkar şəkildə təqdim etmək, vaxtlarını səmərəli idarə etmək, gündəlik fəaliyyətlərini planlaşdırmaq və prioritetləri müəyyənləşdirmək, komanda daxilində əməkdaşlıq etmək, effektiv ünsiyyət qurmaq, məsuliyyət götürmək və liderlik nümayiş etdirmək kimi bacarıqlar əldə ediblər. Eyni zamanda, məqsəd qoyma, planlaşdırma, motivasiya, intizam, şəxsi məsuliyyət və davamlı inkişaf kimi mövzular ətrafında interaktiv müzakirələr və praktiki fəaliyyətlər təşkil olunub.
Təlimlərin praktiki yönümlü olması iştirakçılara əldə etdikləri bilikləri real situasiyalar üzərində tətbiq etmək imkanı yaradıb. Gənclər CV-ləri üzərində işləyib, iş müsahibəsi prosesini simulyasiya edib, vaxtın idarə olunması ilə bağlı praktiki tapşırıqlar yerinə yetirib, komanda və liderlik simulyasiyalarında iştirak edib, həmçinin şəxsi məqsədlərini müəyyənləşdirərək onlara nail olmaq üçün fəaliyyət planları hazırlayıblar.
Şəxsi və peşəkar inkişaf istiqamətində keçirilən təlimlərlə yanaşı, gənclərin milli-mədəni irs və Azərbaycan mədəniyyəti ilə bağlı biliklərinin artırılması məqsədilə maarifləndirici ekskursiyalar da təşkil olunub. İştirakçılar Qara Qarayevin Ev Muzeyi və Hüseyn Cavidin Ev Muzeyini ziyarət edərək görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin və şair-dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı, ədəbi və musiqi irsi, Azərbaycan mədəniyyətinə verdikləri töhfələr haqqında məlumat əldə edib, muzeylərdə nümayiş etdirilən şəxsi əşyalar, fotoşəkillər, sənədlər və digər eksponatlarla tanış olublar.
Ümumilikdə həyata keçirilən bu fəaliyyətlər gənclərin şəxsi inkişafını, peşəkar hazırlığını, liderlik və komanda işi bacarıqlarını, vaxtın idarə edilməsi və məqsədyönlü fəaliyyət qabiliyyətlərini, həmçinin mədəni dünyagörüşləriniinkişaf etdirməyə yönəlib. Təlim və ekskursiyalar vasitəsilə gənclərin həm əmək və sosial həyata daha hazırlıqlı olmalarına, həm də milli-mədəni dəyərlərə maraqlarının artırılmasına töhfə verilib.































































