“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
İraqda 12 illik dövr başa çatdı
İŞİD-lə mübarizə çərçivəsində İraq hökuməti ilə əməkdaşlıq edən ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya ölkədəki hərbi missiyasını başa çatdıraraq İraqdan geri çəkilib.
“Qafqazinfo” xəbər verir ki, ABŞ-nin İraqdakı sonuncu 9 hərbi bazasını da tərk etməsi ilə ölkədə xarici hərbi mövcudluğun yeni mərhələyə keçməsi gözlənilir.
İraqın müdafiə naziri Yəhya Rəsul “Əl-Cəzirə” telekanalına açıqlamasında koalisiya qüvvələrinin ölkədən çıxdığını bildirib. Bununla yanaşı, İraq ərazisində yerləşən bir sıra ABŞ bazalarının da boşaldıldığı qeyd olunub.
ABŞ 2003-cü ildə Səddam Hüseyn rejimini devirmək məqsədilə İraqa müdaxilə edib. Amerika qoşunları 2011-ci ildə ölkədən çıxarılıb. Lakin 2014-cü ildə İŞİD-in İraqda geniş əraziləri ələ keçirməsindən sonra ABŞ qüvvələri terror təşkilatı ilə mübarizə aparmaq üçün İraq hökumətinin dəvəti ilə ölkəyə yenidən yerləşdirilib.
İŞİD 2017-ci ildə İraqda ərazi nəzarətini itirdikdən sonra Vaşinqton 2024-cü ildə ölkədəki beynəlxalq koalisiyanın hərbi missiyasına son qoymaq qərarını açıqlayıb.
İraq və ABŞ 2024-cü ilin sentyabrında ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqdakı hərbi missiyasının başa çatdırılması üçün ikimərhələli keçid planı elan etmişdi.
Planın ilk mərhələsi İraqdakı koalisiya missiyasının başa çatdırılmasını və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığa keçidi nəzərdə tuturdu. İkinci mərhələdə isə Suriyada İŞİD-ə qarşı əməliyyatlara İraq ərazisindən dəstəyin davam etdirilməsi planlaşdırılırdı.
ABŞ mətbuatında yayılan məlumatlara görə, yüzlərlə amerikalı hərbçi İordaniyaya və Yaxın Şərqin digər bölgələrinə köçürüləcək.























































