Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Çin İrandan üz çevirir? - Ağ Evdəki görüşün detalları
“ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ətraflı və məzmunlu danışıqlar aparıb. Görüşün əsas töhfəsi Pekinin Tehrana dəstəyini nəzərdən keçirməyə hazır olmasıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NBC News telekanalının “Meet the Press” proqramının bazar günü efirində ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.
Ağ Ev diplomatının sözlərinə görə, Vaşinqton Yaxın Şərqdə regional təhlükəsizliyin əsas məsələləri üzrə Çin rəhbərliyi ilə prinsipial razılıq əldə edə bilib:
“Sizə deməliyəm ki, Prezident Trampla görüşdən sonra Çin tərəfinin İrandan uzaqlaşmağa hazır olması bu sammitin böyük nəticəsi oldu”.
Uolts vurğulayıb ki, gərgin diplomatik dialoq zamanı Vaşinqton və Pekin İran rejiminə qarşı ümumi “qırmızı xətlər”i müəyyənləşdiriblər:
“Onlar iki əsas prinsiplə razılaşdılar: heç bir nüvə silahı olmayacaq və Hörmüz boğazı hərbiləşdirilməyəcək”.
Ağ Ev rəsmisi bəyan edir ki, Çinin Hörmüz boğazının silahsızlaşdırılması ilə bağlı mövqeyi İranı bu strateji dəniz marşrutundan təzyiq rıçaqı kimi istifadə etmək imkanından məhrum edir:
“ABŞ güzəştsiz mövqe tutur: heç bir ölkənin beynəlxalq gəmiçilik marşrutlarına “rüsum toplanması vasitəsilə şəxsi gəlir mənbəyi” kimi baxmaq hüququ yoxdur”.
Tramp həmçinin İran məsələsinin Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli danışıqlarda müzakirə olunmasına çağırıb. Belə bir görüş nəzəri olaraq noyabrda Çində keçiriləcək APEC sammitində tutula bilər, hərçənd Rusiya XİN hələlik bu barədə heç bir razılaşmanın olmadığını bildirib.
Xatırladaq ki, bundan əvvəl Si Cinpinin səfəri ilə bağlı ABŞ və Çin arasında mübahisələrin yarandığı bildirilmişdi.






















































